Əsas Səhifə > Gündəm, Manşet > "Abşeron" gənclər şəhərciyində yenə problem var
"Abşeron" gənclər şəhərciyində yenə problem var18-01-2017, 08:20 |
"AKKORD”-un "Abşeron gənclər şəhərciyi”ndə yaşayan sakinlərin problemləri bitmək bilmir. Qlobal.az-a şəhərcik sakini Məhərrəm Babayev tərəfindən verilən məlumata görə, "Akkord" rəhbərliyi şəhərcikdə "Ailə tv"-dən başqa digər provayderlərə süni əngəllər yaradır. M. Babayev vurğulayır ki, ötən ilin noyabrında mənzilinə internet xətti çəkdirmək üçün "Akkord" rəhbərliyi tərəfindən "yaşıl işıq" yandırılan "Ailə tv"-yə müraciət edib. Bir neçə gün "Ailə tv" tərəfindən get-gələ salınan sakin sonda məcbur qalaraq digər provayderlə- "GSP" MMC-lə müqavilə bağlayıb. "60 manat xərc cəkdim. Mənzilimə 3 ay internet veriləndən sonra- dünəndən xidmət dayandırıldı. "GSP" MMC-yə zəng edib problemi deyirəm, cavab verirlər ki, "Akkord" bizə maneçilik törədir. Bizi məcbur edir ki, sakinlərlə daha baha qiymətlərlə müqavilə bağlayaq ki, onların da payı olsun. "Akkord" rəhbərliyi isə hələ ki, yaranmış vəziyyətə aydınlıq gətirmir."- deyə, M. Babayev bildirir. Qeyd edək ki, "Akkord"-un Abşeron gənclər şəhərciyində yaşanan digər problem isə istiliklə bağlıdır. Xeyli müddətdir ki, sakinlərin məskunlaşdığı şəhərciyin qaz problemi hələ də həll olunmayıb. Problem qış aylarında daha çox özünü biruzə verir. Mənzillərin qızdırılması üçün elektrikdən istifadə olunur ki, bu da ciddi qəzalara səbəb ola bilər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |