Əsas Səhifə > Gündəm, Manşet > İlham Əliyev bizdən biridir, bizimdir, BİZİM BİRİNCİMİZDİR...

İlham Əliyev bizdən biridir, bizimdir, BİZİM BİRİNCİMİZDİR...


24-12-2016, 10:03
İlham Əliyev bizdən biridir, bizimdir, BİZİM BİRİNCİMİZDİR...
DİA.AZ: - Əslində prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər axının olacağını yaxşı bilirik və bunu görməkdəyik. Həm dünya liderlərindən, dünyanın nüfuzlu simalarından və həm də elə yerli ictimaiyyət nümayəndələrindən, tanınmış şəxslərdən milyonlarla təbrik axınının olacağı da şübhəsiz idi. Çünki gerçəkdən də gözəl insan olan İlham Əliyevi 55 illik yubileyi münasibətilə təbrik etmək istəyənlərin də kütləviliyi elə Onun - cənab Prezidentin səmimiyyətinin təzhürü kimi qəbul olunmalıdır.

Bilmirik, bu ifadələrimiz necə qarşılanacaq. Amma biz də səmimiyik...

Elə anlar olur ki, İlham Əliyevi bir dövlət başçısı kimi yox, yaxın, doğma bir adamın kimi qəbul edirsən və hətta bağrına belə basmaq istəyirsən. Bunu dəfələrlə yaşamışıq və yaşayacağımıza da inanırıq. İnanırıq ki, İlham Əliyev hər zaman bizdən biri olduğunu tam çılpaqlığı ilə hiss etdirməkdə davam edəcək.

O da bizim kimi ölkədə və dünyada baş verənlərdən eyni qədər, hətta bizdən də qat-qat artıq narahatdır, baş verənlərə həssas yanaşır. Bunu da yetərincə izləmişik. Elə Qarabağ probleminin həllinə münasibətdəki səmimi, saf reaksiyaları... Kimiləri üçünsə bu qeyri-diplomatik, ənənəvi olmayan bir hal kimi görünə də bilərdi. Amma böyük əksəriyyət İlham Əliyevin bütün doplomatik tabulara və dünyanın düzən qaydalarına rəğmən ölkəsinin, millətinin maraqları naminə sərt mövqeyini olduğu kimi qəbul edir və etməkdədir.

Biz bir doğma İlham Əliyevi Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu ərəfədə rəsmi Ankaraya verdiyi dəstəyində də müşahidə etdik. O, əslində TÜrkiyə prezidentini bürün Azərbaycan adına BAĞRINA BASDI və ONUN BU ADDIMINI bütün Azərbaycan ALQIŞLADI...

***

Bəli, İlham Əliyev bizdən biridir, bizimdir, BİZİM BİRİNCİMİZDİR...

Bu gün onun doğum günüdür.

Nə arzulaya bilərik... Cənab prezidentə bizlər özü qədər saf arzularımızı diləyirik. Uca Tanrı Ona milləti və dövləti naminə bütün planlarında yardımçı olsun. Tanrı bizlərə İlham Əliyevin Ali Baş Komandanlığı altında Qarabağın azadlığını nəsib etsin və O - CƏNAB PREZİDENTİMİZ - Böyük ürəyinə yaraşan şəkildə həm də Azərbaycan Türkünün şərəfli tarizinə bir QIZIL SİMA olaraq həkk olunsun!

Biz Sizi sevirik, cənab Prezident və Sizə bir MİLLƏT BÖYÜYÜ olaraq tam olaraq güvənirik. Bu güvənin nəticəsdiri ki, bu gün hər bir azərbaycanlı özünü məmləkətində tam təhlükəsiz hiss edir.

Sizi təbrik edirik, Cənab Prezident. Tanrı Sizə ən gözəl günləri qismət eləsin.

Hörmətlə, DİA.AZ kollektivi...

Geri qayıt