Əsas Səhifə > Gündəm, Manşet > Deputat oğluna qarşı İTTİHAM

Deputat oğluna qarşı İTTİHAM


22-12-2016, 07:55
Deputat oğluna qarşı İTTİHAM
Bakı sakini Vüqar Yusif oğlu Bağırov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirib. LEGİON oxucularına həmin müraciətin mətnini təqdim edirik:

“Cənab Prezident! Siz hər zaman öz çıxışlarınızda yerli sahibkarlığın inkişafına dəstək verməyin vacibliyini vurğulamısınız. Sizin bu dəstəyiniz Azərbaycanla məhdudlaşmamışdır. Siz digər ölkələrdə də fəaliyyət göstərən azərbaycanlı iş adamlarına daim qayğı və diqqət göstərmisiniz. Siz həmçinin dəfələrlə məmur və məmur övladlarının özbaşınalığına qarşı çıxmış, bu halların qəbuledilməz olduğunu təsdiq etmisiniz.

Mən Vüqar Yusif oğlu Bağırov Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu, eyni zamanda qohumum olan Azər Əmiraslanov tərəfindən aldadılmışam. 2011-ci ildə mən Emin Hüseynov adlı iş adamıyla iş birliyinə başlamışdım. Onun təklif etdiyi bir sıra layihələrdə iştirak edirdim.

Bu layihələr Türkiyə və MDB ölkələrin əhatə edirdi. Son layihənin həyata keçirilməsi üçün, mənim tərəfimdən Emin Hüseynova 3 milyon 500 min ABŞ dolları ayrılmışdı. Lakin layihə ləngidiyi üçün, öz pullarımı geri istədim. Cavabında Emin Hüseynov bildirdi ki bu pullar onun qohumlarındadır. Problemimi Azər Əmiraslanova danışdıqda, o, mənə pulumun Eminin qohumlarından alınmasına aramızda əldə olunan anlaşmaya əsasən vəd verdi.

Azər Əmiraslanov həqiqətən də 2014-cü ildə Emin Hüseynovun qohumlarından mənə verilməli olan 3 milyon 500 min dolları ala bildi. Lakin mənə yalnız 2 milyon dollara yaxın pul verdi. Azər Əmiraslanov mənə çatacaq pulun qalan hissəsini – 1 milyon 534 min ABŞ dollarını isə mənimsədi. Mən ona qohumluğumuzu xatırladıb irad tutanda Azər Əmiraslanov dedi ki, qohumluq keçmişdə qalan anlayışdır, indiki zamanda hər kəs özü üçündür. Bu məsələyə mənim ailəm öz etirazını bildirdi. O belə cavab verdi: “Hambalınız vardı? Bacarırdınız, gedib özünüz alardınız, bu mənim haqqımdır, başqası işi daha da baha edərdi”.

Son görüşümüzdə Azər Əmiraslanov ondan pul istədiyim təqdirdə, məni tutduracağı ilə hədələdi. Mənim bibim oğlu olan Azər Əmiraslanov əvvəlcə mənə hər hansı faizdən, paydan söz açmamışdı.

Hörmətli dövlət başçısı! Sizdən xahiş edirəm, bu problemin tez bir zamanda həll olunmasında, mənim pullarımın özümə qaytarılmasında və mənim həmçinin ailə üzvlərimin təhlükəsizliyini təmin etməkdə köməklik edəsiniz.

Hörmətlə, Vüqar Yusif oğlu Bağırov

Geri qayıt