Əsas Səhifə > Gündəm, Manşet > Əbülfəs Qarayevin rəhbərliyi altında yeyinti

Əbülfəs Qarayevin rəhbərliyi altında yeyinti


16-12-2016, 07:59
Əbülfəs Qarayevin rəhbərliyi altında yeyinti
Bu günlərdə “ATE Hüquq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, (Sürəti: Masallı və Salyan Rayon prokurorluğuna) müraciət ünvanlayıb.
Həmçinin Bizimxeber.az-ın elektron ünvanına da göndərilən müraciətin maraqlı və aidiyyatı qurumların araşdırması üçün ciddi faktlarla dolu olmasını nəzərə alıb olduğu kimi təqdim edirik.
Müraciətdə deyilir:
Möhtərəm Prezident!
Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Məmmədov Mətləb İmamyar oğlu Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan hüquqı xidmət göstərdiyimiz Əzimov Zirəddin Cəbrayıl oğluna qarşı pul tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmişdir.
Məmmədov Mətləb İmamyar oğlu «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN-6400154921) direktoru vəzifəsində işləmiş, podratçı kimi Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri əsasında təmir-tikinti işləri ilə məşğul olmuşdur.
Müxtəlıf vaxtlarda Əzimov Zirəddin Cəbrayıl oğlu ona Masallı Mədəniyyət Evinin dam örtüyünə verdiyi müasir tipli dəmirdən istehsal olunan dam örtüyü (çerepitsa), sözü gedən mədəniyyət evinin daxilində təmir üçün istifadə edilən gips materialdan tikinti plitələri (alçipan) olmaqla, təqribən 6000 (altı min) manat dəyərində, Salyan rayonun mərkəzində yerləşən məscidin çöl hissəsinin təmiri üçün 3000 (üç min) manat dəyərində 250 m² üzlük daş (aqlay) və cəmi 9000 (doqquz min) manat dəyərində tikinti materialları vermişdir.
Bu günə kimi tikinti-təmir üçün inşaat materiallarının dəyəri Əzimov Zirəddin Cəbrayıl oğluna ödənilməmişdir. İcraatımızda olan mülki işin araşdırılması zamanı Məmmədov Mətləb İmamyar oğlunun vəkili məhkəməyə təqdim etdiyi yaddaş vərəqində 95.000 (doxsan beş min) manata Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 106 saylı binanın 39-cu mənzilini qızı Əzimov Samirəyə aldığın bildirdi. Görəsən cənab Məmmədov Mətləb İmamyar oğlu bu pulu haradan əldə etmişdir?
Azərbaycan Respublikasının Rabitə Nazirliyində də baş vermiş bu növ hadisələr haqqında mətbuat və sosial şəbəkələrdə oxumaq mümkündür. Bu da bizdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişləri əsasında təmir-tikinti işləri üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsində ciddi şübhə doğurur. Hələ, bu haqda 2015-ci il də Azərbaycan Respublikasının Baş prokurorluğuna, Masallı rayon prokurorluğuna və Salyan Rayon prokurorluğuna şikayət yazmağıma baxmayaraq, heç bir araşdırma aparılmamış və bu barədə də bizə heç bir rəsmi məlumat verilməmişdir. Hesab edirik ki, adı çəkilən prokurorluqlar Mədəniyyət və Turizm Nazirliyinin vəzifə tutmuş şəxslərin xətrinə dəymək istəmirlər. Amma dövlət büdcəsindən ayrılmış vəsaitlərin başqa yerlərə xərclənməsi hiss olunur.
Odur ki, bizim iştirakımız təmin olunmaqla, yuxarıda göstərilənlərə əsasən adları çəkilən obyektlərə təmir-tikinti işləri üçün sərf olunan dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitinin yoxlanılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.
Qeyd:
Bu məktuba edilən əlavədən (sıra sayı: 500) göründüyü kimi vergi borcu olduğu üçün «Elmi-Bərpa İstehsalat» Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN-6400154921) direktoru Məmmədov Mətləb İmamyar oğlunun ölkədən çıxışına Vergi Nazirliyi tərəfindən qadağa qoyulmuşdur.


Əbülfəs Qarayevin rəhbərliyi altında yeyinti
Əbülfəs Qarayevin rəhbərliyi altında yeyinti
Geri qayıt