Əsas Səhifə > Gündəm, Manşet > İki talançı nazirin həbsi yenidən gündəmdə

İki talançı nazirin həbsi yenidən gündəmdə


7-12-2016, 08:49
İki talançı nazirin həbsi yenidən gündəmdə
DİA.AZ: - Vəzifədə olduqları illər ərzində dövlətə milyyardlarla dollar ziyan vudmuş iki keçmiş nazir - Eldar Mahmudov və Əli Abbasov məhkəmə kürsüsünə oturdula bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib.

Xəbərə görə, hər iki sabiq nazirə qarşı ilkin olaraq maliyyə pozuntuları, büdcə vəsaitlərinin mənimsənilməsi və daha bir neçə iqtisadi xarakterli ittihamların irəli sürüləcəyi gözlənilir.

DİA.AZ-a danışan mənbə onu da əlavə edib ki, yaxın günlərdə sözügedən istiqamətdə müəyyən tədarük xarakterli addımlar atıla bilər: "Yəni əlavə həbslər olacaq. Böyük "akulaların" həbsinə qədər".

Geri qayıt