Əsas Səhifə > Gündəm, Manşet > Hər iki sabiq nazirin həbsi gözlənilir

Hər iki sabiq nazirin həbsi gözlənilir


21-11-2016, 08:42
Hər iki sabiq nazirin həbsi gözlənilir
Dekabrın 1-ci 10 günlüyündə hakimiyyətdə ciddi kadr və struktur dəyişikliyi gözlənilir. Hətta yüksək ranqlı məmurların hay-küylü həbsləri də mümkündür. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, dəyişikliklər inqilabi xarakter daşıyacaq: "Rabitə işi"nin istintaqının tam ictimailəşdirilməsi təsadüfü deyil: "Söhbət nazirliklərdə "qara kassa"lardan (büdcə vəsaitlərinin oğurlanması və bir hissəsi hesabına işçilər qeyri-rəsmi maaşların verilməsi) gedir. "Qara kassa"lar təkcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yox, başqa strukturlarda da var. Rabitə Nazirliyindəki qara kassanın ictimailəşməsi digər qurumlara da xəbərdarlıqdır. Bu barədə siyasi rəhbərliyə məruzə olunub və problemin köklü şəkildə həlli ilə bağlı qərar qəbul edilib. "Qara kassa"ların ləğvi və maliyyə sisteminin sağlamlaşdırılması, manatın məzənnəsinin sabitləşdirilməsi hazırda hökumətin prioritetinə daxildir".

Mənbə iddia edir ki, hökumətin iqtisadi blokuna daxil olan nazirlik və komitələr barədə radikal qərarlar veriləcək: "Xeyli iriranqlı məmur karyerasını bitirəcək. Sabiq MTN başçısı Eldar Mahmudov və Əli Abbasovun, eləcə də hazırda jhakimiyyət olimpində yüksk vəzifə tutan bəzi məmurların həbsi gözlənilir. Bəzi strukturlar yenidən formalaşacaq".

Azərbaycan prezidenti İlham Əliyevin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2 ay öncə - sentyabrın 24-də Rusiyanın TASS agentliyinin müxbirinə müsahibəsində hakimiyyətin köklü islahatlara gedəcəyinin anonsunu vermişdi: "Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycan iqtisadiyyatını postneft dövrünün tələblərinə uyğun vəziyyətə gətirməli olan iqtisadi islahatlar ili kimi səciyyələndirib. Yeni mərhələnin əsas prioritetləri ölkə iqtisadiyyatının beynəlxalq məkanda rəqabət qabiliyyətinin artırılması olacaq. 2025-ci ilə qədər və sonrakı illər üçün nəzərdə tutulan ümumi hədəfləri müəyyən edən yeni iqtisadi islahatların yol xəritəsi artıq tərtib olunub. Hesab edirəm ki, dərin iqtisadi transformasiya perspektivinə görə müvafiq dəyişikliklər aparılması və nəzərdə tutulan məqsədləri həyata keçirməyə qabil olan daha mükəmməl mexanizmlər yaradılması tələb olunur. Buna görə də şübhəsiz ki, dövlət idarəçiliyinin islahatı üzrə ardıcıl və konkret addımlar atılmalıdır".

Geri qayıt