Əsas Səhifə > Gündəm, Manşet > Sədərək gömrüyünün şefi ilə bağlı ŞOK İDDİALAR

Sədərək gömrüyünün şefi ilə bağlı ŞOK İDDİALAR


16-11-2016, 08:25
Sədərək gömrüyünün şefi ilə bağlı ŞOK İDDİALAR
Sədərək Gömrük İdarəsində yük nəqliyyatı vasitəsi ilə şıdırğı insan qaçaqçılığı davam edir. Belə ki, qaçaq keçmək istəyən insanlardan aldığı rüşvət hesabına, yük avtomobillərinin görünməyən yerlərində gizlədilmiş, sənədləri olmayan, axtarışda olan və sairə çirkin əməl sahiblərini qarşı tərəfə yəni, Iğdır Vilayətindəki Dilucu sərhəd keçid məntəqəsinə keçirirlər. Təxminən 5 gün öncə, belə qaçaq yolla Türkiyə tərəfə keçirilmiş Azərbaycan vətəndaşı, Dilucu gömrükçüləri tərəfindən aşkar edilmiş və tutularaq, Naxçıvana geri təhvil verilmişdir. Bu hal Sədərək Gömrük İdarəsində illərdir ki, davam etməkdədir. Bu hal artıq o həddə çatıb ki, insanlar, "pulunu ver, Sədərək gömrüyündən keç" ifadəsini açıq-aşkar səsləndirirlər. Hətta, idarə rəisi Mirməhəmməd Seyidov və işçiləri dəfələrlə məhz buna görə, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirilib. Onlardan biri həbsdə saxlanılmış, didər üçü isə həbssiz istintaqa cəlb olunmuşlar. Lakin hansısa "gözəgörünməz" qüvvə hər dəfə Seyidovu həbsdən xilas edib.

Xatırladırıq ki, bir müddət öncə Mirməhəmməd Seyidovu Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.

Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər.

Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin hər iki tərəfdən olan gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş. Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük Idarəsinin rəisi toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay verirmiş.

Bundan əlavə olaraq bildirilir ki, Məhəmməd Seyidov şəxsən terrorçubaşı Fətulla Gülənin Naxçıvandakı ən sadiq adamlarındandır. Türiyədə qanunsuz əməllərinə görə də həbs olunanda, məhz Fetö onu azad etdirib. Onun zaminə buraxılmağı üçün 5.000.000 milyon dollar Türkiyə məhkəməsinə pul verildiyi deyilir. O da qeyd olunur ki, Qars məhkəməsinin hakimləri, zaman-zaman Naxçıvana gələrək, açıq qalmış cinayət işi ilə bağlı Məhəmməd Seyidovu dindirirlər. Fetönun Naxçıvanda olan tərəfdaşlarını adıkeçən gömrük rəisinin maliyyələşdirdiyi iddia olunur.

Ardı var...

Faktla bağlı Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Məsələni gündəmdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt