Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı gömrükdən haqq almaq istəyir?

İcra başçısı gömrükdən haqq almaq istəyir?


12-11-2016, 09:26
İcra başçısı gömrükdən haqq almaq istəyir?
Oktyabrın sonu, noyabr ayının əvvəli iki iri ranqlı məmurun əlbəyaxa olması xəbəri, sözün əsl mənasında ölkə mediasını silkələdi. Qazax icra başcısı Rəcəb Babaşovun və Tovuz gomrük idarəsinin rəisi Mehman Sadıqovun nəyəsə görə kəllə-kəlləyə gəlməsi, hər kəsdə müxtəlif fikrin formalaşmasına səbəb oldu. Kimsə dedi yalandı, kimsə də dedi həqiqətdir və s və ilaxır. Kimsə dedi Mehman Sadıqov Rəcəb Babaşovu döyüb, kimsə də dedi ki, yox, Rəcəb Babaşov Mehman Sadıqovu döyüb. Kimin-kimi döyməsi mübahisə mövzusu olsa da, ictimayyəti maraqlandıran odur ki, həqiqətə də bu əlbəyaxa dava olub ya yox?. Əgər Rəcəb Babaşov haqqında eşitdiklərimizə və gördüklərimizə əsaslansaq görərik ki, o, kifayət qədər aqressiv xarakterə malik olan, danışığında söyüş və təhqirdən istifadəyə meyilli olan bu şəxslə dialoq apararkən, yəqin ki, o, səbrini saxlaya bilməyib və vəziyyəti münaqişə həddinə də gətirib çıxarıb. Kimin döyülüb kimin döyməsinə gəldikdə isə, 40 yaşlı, boyu 180 sm, çəkisi 100 kq yaxın və mütəmadi idmanla məşğul olan Mehman Sadıqov və boyu 158 sm, çəkisi 75 kq çəkisi, fiziki cəhətdən zəif və 60 yaş həddində olan Rəcəb Babaşovun əlbəyaxasında, kimin qalib gələ biləcəyini müəyyən etmək çətin deyil. Yəqin ki, Rəcəb Babaşov bir anlığa qarşısındakı şəxsin kimliyini və arxasında hansı bir klanın olmasını unudub. Cənab Babaşov söyüş və təhqirlərin həmişəki kimi həzm ediləcəyini zənn edib və son anda da, yumruq-təpiklə üz-üzə qalıb. “Sonrakı peşmançılıq fayda verməz” deyiblər. Nə isə, keçək əsas mətləbə. Eyni regionda işləyən iki iri ranqlı məmurun düşmənə çevrilməsi, adminstrasiya üçün çox ciddi bir siqnal olmalı idi. Çünki bunlar bir-birinə müəyyən adminstrativ problemlər yarada biləcəyi labüddür. Təcrübəyə əsaslansaq görərik ki, hakimiyyət bəle hallarda heç vaxt riskə getmir və iki vəzifə sahibindən birini şahmat masasından uzaqlşdırır. Hansı fiqurun qalıb və ya getməsi isə, sadəcə zaman məsələsidir. Hakimiyyət yanılmayıb. Həqiqətən də iki iri ranqlı məmur arasındakı ziddiyət və düşmənçilik, son anda dövlətin özünə bir sıra problemlər yaradar və arzuolunmaz nəticələrə də gətirib çıxara bilər. Görünən mənzərə odur ki, bu ziddiyət sükutu çox tez pozdu. Rəcəb Babaşov Qazax ziyalılarını toplayıb və onlara gizli siyasi sifariş də verib. Artıq qisas layihəsi tam hazırdır və üzərində intensiv iş gedir. Belə ki, 15 noyabrda saat 12.00-da Babaşovun komandası Sınıq-Körpü Keçid Buraxlış Məntəqəsinin qarşısında mitinq keçirmək haqqında qərar qəbul ediblər. Bu məlumat artıq mətbuatda da dərc edilir. Bu haqda açıqlamalar əslən Qazax rayonundan olan və jurnalist fəaliyyəti məşğul olan İlham Hacalının feysbuk səhifəsində də yer alıb. Mitinq məlumatı, hətta bir neçə sayta da yerləşdirilib. Odur ki, açıqlamanın mahiyyətini, həm də diqqətinizə çatdırırıq. Qazaxda polisin və icra nümayəndəsinin vasitəsilə mitinqdə iştirak edəcək şəxslərin siyahısı da tutulub. Bu layihənin icraçıları, icra nümayəndəsi Akif Vəliyev və sahə müvəkkili Amil Budaqovdur. Mitinq qrupunun psixoloji hazırlığı və təlimatlandırılması da, məhz bu iki şəxs tərəfindən aparılır. Göründüyü kimi Rəcəb Babaşovla, Mehman Sadıqov arasında yaşanan qarşıdurma, yeni başlanmış siyasi mübarizədir. Bizə isə, yalnız kənardan seyr edib gözləmək qalır . Deyə bilərik ki “oyunçu aparsın”.

Geri qayıt