Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudovun ölkədən qaçmaq planı necə iflasa uğradı?
Eldar Mahmudovun ölkədən qaçmaq planı necə iflasa uğradı?4-11-2016, 08:07 |
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi, böyük cinayətlərdə adı keçən, amma hələ də istintaqa belı çağırılmayan Eldar Mahmudovla bağlı maraqlı xəbərlər dolaşır. Ümumiyyətlə, bir ildir günün ən aktual mövzularından olan Eldar Mahmudov siyasi qalmaqallı suallar ortaya çıxardı. Bu suallardan ən böyüyü isə “niyə Eldar Mahmudov həbs olunmadı” idi ki, hələ də cavabsız qalır. Həmçinin daha bir maraqlı məsələ, E.Mahmudovun Çovdarovun məhkəməsində ifadə verib-verməyəcəyidir. Bütün bunların fonunda keçmiş MTN naziri niyə Azərbaycandan çıxa bilməyib? Əlində böyük imkanları olan Eldar Mahmudovun Azərbaycanı zamanında tərk etməsi olduqca asan məsələ deyildimi? Mediafax.Az-a daxil olan məlumata görə, Eldar Mahmudov son bir ildə dəfələrlə ölkədən çıxmağa cəhd göstərib. Xatırlayırsınızsa, Mahmudovun ağır xəstə olması, hətta ölüm xəbəri yayılmışdı. Mənbə bildirir ki, bu xəbərlər Mahmudov tərəfindən gündəmə gətirilib. Başqa bir faktda qeyd olunur ki, Eldar Mahmudov Naxçıvana getmək adı ilə Bakıdan çıxmağa cəhd göstərib ki, bu cəhdi az qala, alınacaqmış. Məlumata görə, keçmiş MTN şefi Naxçıvana, oradan isə birbaşa reyslə Londona gedəcəkmiş. Mediafax.Az-a daxil olan məlumata görə, təxminən bir ay əvvəl Eldar Mahmudov növbəti qaçış planını hazırlayıb. Azərbaycana gələn rəsmi qonaqlardan biri ilə görüşmək və dəstək almaq istəyib. Görüşün alınacağına böyük ümidlər etsə də, sonda qonaq görüşməkdən imtina edib. Məlumata görə, Mahmudov rəsmi qonaqdan, əvvəlcə ailə üzvlərinin Azərbaycandan çıxarılmasına kömək istəyəcəkmiş. Daha sonra isə sərbəst şəkildə özünün qaçış planına hazırlaşacaqmış. Mənbə bildirir ki, Eldar Mahmudov hər an həbs olunmaq təhlükəsi ilə yaşayır və onu hər an qandallaya bilərlər. Geri qayıt |