Əsas Səhifə > Gündəm, Manşet > Kürdəmir RİH nümayəndəsi sakinləri oğurluqda ittiham edir
Kürdəmir RİH nümayəndəsi sakinləri oğurluqda ittiham edir3-11-2016, 09:00 |
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Kürdəmir rayon Yeninkənd kənd sakinləri Vüqar Rəfail oğlu Həsənov, Məmmədov Aslan İkram oğlu, Qurban Namiq oğlu Əzizov, Ağakişi Akif Nəcəfov, Nurlan Rəşad oğlu Adıgözəlov, Mais Əlövsət oğlu Heybətov Kürdəmir RİH-in laqeydliyindən və yolların bərbadlığından şikayətləniblər. “Biz Yenikənd kənd sakinləri Azərbaycan Respublikasının Konstitusiyasının bizə verdiyi hüquqla aiddiyyatı orqanlara yollarımızın bərbad olması səbəbilə müraciət edirik. Məlumat üçün bildiririk ki, Yenikənd inzibati ərazi vahidliyi Kürdəmir rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Və bu inzibati ərazi vahidliyində təqribən on min nəfər qədər əhali yaşayır. Bu kənd rayon mərkəzinə yaxın olması səbəbilə rayonun ən işlək yollarından biridir. Və bu yol 5 kəndi bir-biriniə birləşdirən bir yoldur. Artıq biz Yenikənd kənd sakinləri uzun illərdir ki, yollarımızın çox bərbad vəziyyətdə olmasından əziyyət çəkirik. Yolun bərpası üçün dövlət büdəcəsindən vəsaitlər ayrılsa da rayon icra hakimiyyəti tərəfindən mənimsənilib. Kənd sakinləri Kürdəmir rayon İcra başçısı Ceyhun Cəfərovun formal xarakterli qəbulunda iştirak etsə də yolun təmiri ilə bağlı heç də müsbət ürəkaçan vəd verilməyib. Görünən odur ki, Kürdəmir rayon İcra hakimiyyəti Yenikənd kəndinin yollarına ayrılan vəsaitləri hələ çox mənimsəycək. Məlumat üçün digər bir nüansı da diqqətinizə çatdıraq. Kürdəmir rayonun kəndləri olan Axtaçı, Mollakənd, Carlı və digər ucqar kəndlərin yolları artıq bir neçə illərdir ki, müasir asfalt örtüyü ilə təmin olunub. Amma nə səbəbdəndirsə Kürdəmir rayon İcra hakimiyyətində Yenikənd kənd sakinlərinə ögey, yad münasibət bəslənilir. Biz aidiyyatı cavabdeh dövlət orqanlarından tələb edirik ki, yollarımızın bərbad vəziyyətdə olmasını bilavasitə gəlib yerində tanış olsunlar. Görsünlər biz kənd sakinləri nə zülmlər, nə əziyyətlər çəkirik. Ən qısa zamanda 5 kəndi birləşdirən və on min əhalinin yaşadığı kəndə yeni yol çəkilməsini tələb edirik”, – deyə müraciətdə bildirilir. Biz Qafqaz Xəbər Agentliyi olaraq məsələyə aydınlıq gətirmək üçün Kürdəmir RİH başçısının Yenikənd kənd inzibati dairəsi üzrə nümayəndəsi Yeganə Qədirova ilə əlaqə saxladıq. “Yayda başçının göstərişi ilə yolu hamarladıq və Dəyirmanlı kəndində 23 “Kamaz” dolu qır qarışıq şebel boşaltdıq ki, sonra yolu abadlaşdıraq. Amma həmin o şikayətçi sakinlər gecəylə oğurlayıb həyətlərinə daşıdılar. Nə qədər dil tökdük, dedik geri qaytarın… Dedilər ki, oğurlamışıq, əcəb eləmişik. Bizdən yola asfalt çəkməyi tələb etdilər. Polis vasitəsilə xəbərdarlıq eləsək də, dinləmədilər. Sonradan bir şəhid ailəsinin xahişilə, onları məsuliyyətə cəlb etmədik”, – deyə Y.Qədirova bildirdi. “Şikayətçi sakinlər deyərkən, kimi nəzərdə tutursunuz?” – deyərək, Qafqaz Xəbər Agentliyinə müraciət edən Yenikənd sakinlərinin adlarını sadaladıq. “Yox, onlar başqa adamlardır. Bir qrup sakin RİH başçısının qəbulunda olmuşdu, həmin şəxsləri nəzərdə tuturam”, – deyə RİH nümayəndəsi cavab verdi. Onun sözlərinə görə, sözügedən yol “Azəravtoyol”un balansında deyil: “Ona görə də, həmin yol plana salınıb, vəsait ayrılsın, gələn ilin yanvar-mart aylarında asfalt çəkiləcək”. Kürdəmir RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Məhəmməd Hidayətov isə Yeganə Qədirovanın sözlərini təkzib etdi. “Yox, elə şey ola bilməz, siz nə danışırsınız… Yol hamarlanıb, amma vəsait olmadığı üçün işlər yarımçıq qalıb. Rayonda asfalt çəkilmiş yeganə yol elə o yoldur, sadəcə indi sıradan çıxıb. Kürdəmir RİH başçısı Ceyhun Cəfərov İqtisadiyyat Nazirliyinə müraciət edib, həmin yol plana salınıb. Yaxın aylarda orda asfaltlama işlərinə başlayacağıq”, – deyə Kürdəmirin baş memarı vurğuladı. Geri qayıt |