Əsas Səhifə > Gündəm, Manşet > Masallıda 62 yaşlı qadının evi başına uçur, köməyə ehtiyacı var
Masallıda 62 yaşlı qadının evi başına uçur, köməyə ehtiyacı var31-10-2016, 07:33 |
Masallı Rayon Köhnə Alvadı kənd sakini İbrahimova Məryəm Almas qızı bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edib. O, mətbuat vasitəsilə dövlət qurumlarına səslənərək, çox çətin vəziyyətdə yaşadığını bildirib. M.İbrahimova evinin çox acınacaqlı durumda olduğunu, təmir etdirmək üçün isə maddi imkanının çatmadığını vurğulayıb. “Mən 1954-cü ildə Masallının Köhnə Alvadı kəndində anadan olmuşam. Bu kənddə təhsil almış və bu günə kimi də həmin kənddə yaşayıb öz ömrümün qalan hissəsini keçən əsrdən qalan sınıq-salxaq , yarı dağılmış yaşamaq üçün yararsız halda olan daxmada yaşamağa məcbur olmuşam. Ata yurdumun bu vəziyyətə qalması və mənim də bu evi təmir etdirmək imkanım olmadığına görə aidiyyatı qurumlandan mənə kömək olmalarını xahiş edirəm. Müəyyən səbəblərdən ailə həyatı qurmadığımdan ata evimdə yaşamalı olmuşam. Lakin bu günə qədər nə qapımı açan , nədə halımı soran olmayıb. Hər halda məndə bu dövlətin bir vətəndaşıyam və düşünürəm ki, mənimdə normal insan kimi yaşamağa haqqım var. Dövlətimizin günü gündən irəliyə doğru addımladığı bir zamanda , dünyada öz sözümüzü dediyimiz bir vaxtda , belə bir dövlətin sakininin belə acınacaqlı yaşaması həm gülünc , həmdə ağlamalı bir vəziyyətdir. Çünki bu dövlət bizlərlə güclüdür. Biz xalq olaraq öz dövlətimizi sevir, və ölkə başçımızın siyasətini dəstəkləyirik. Bu məktubu yazmaqda məqsədim odur ki, bu yaşlı vaxtımda heç olmasa ömrümün qalan hissəsini normal yaşamaqdır. Mən axı ömrünü bu xalqa bağlayan, bu millətin balalarını təhsil verən bir ziyalının qızıyam. Atam Almas İbrahimov hər zaman şagirdlərinə öz övladları kimi baxmış, onların vətənə layiqli bir övlad kimi yetişməsində böyük rolu olmuşdur. Bundan əlavə atam Böyük Vətən Müharibəsinin ağır vaxtlarında çəkinmədən , qorxmadan müharibəyə yollanmışdı. Sizlərdən tək istəyim ata yurdumun təmir olunub yaralı vəziyyətə gətirilməsində mənə köməklik göstərmənizdir”, – deyə A.İbrahimova qeyd edib. Geri qayıt |