Əsas Səhifə > Gündəm, Manşet > Bakı Beynəlxalq Dəniz Ticarət Limanının korrupsiya SƏNƏDİ
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının korrupsiya SƏNƏDİ27-10-2016, 08:01 |
Türkiyədə uğursuz 15 iyun FETÖ çevrilişindən sonra Azərbaycanda da FETÖ terror təşkilatına aid olun vəzifəli şəxslər və onların idarə etdikləri dövlət qurumları mətbuatın gündəmində qalmaqda davam edir. Qeyd edək ki, son günlər FETÖ terror təşkilatı ilə əlaqədar olaraq mətbuatın gündəminə ən çox gələn vəzifəli şəxs Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovdur. Bu yazıda Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ələ keçirən Fətulla Gülən tərəfdarının böyük korrupsiya əməllərinin kiçik bir qismini sənədlərlə oxucularımızın diqqətinə çatdıracağıq. Qeyd edək ki, yayılan sənədlərlə tanış olduqda belə bir qənaət formalaşır ki, Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanını öz şəxsi şirkəti kimi idarə edir. Bu gün sizə təqdim etdimiz sənəddən aydın görünür ki, Taleh Zahidov və komandası dövlətin əsas strateji obyektlərindən biri olan və Azərbaycanın iqtisadi strategiyasında xüsusi önəm daşıyan Bakı Beynəlxalq Dəniz Ticarət Limanınını bir neçə adamın şəxsi gəlir yerinə çevrib və qeyd edək ki, bu strateji obyektdə dövlətin gəlirləri sadəcə talan olunur. Şəkildə sizə sizə təqdim etdimiz və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov tərəfindən 11.10.20016-cı ildə imzalanaraq möhürlənən sənəddən görünür ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında rüb ərzində 1 kq belə yük dövriyyəsi olmayıb (Sənəddə 1.2, 1.3, 1.4 bəndlərinə nəzər salın). Halbuki, liman daşınan və saxlanılan yüklərin hesabına gəlir etməlidir. Amma Taleh Ziyadovun imzaladağı sənədə görə limanda nə yük aşırılıb, nə də yük saxlanılıb. Bu özü-özlüyündə absurddur və təbii ki, bu yolla limanın gəlirləri gizlədilib və mənimsənilib. Bu sənədi anaxəbər.az saytına təqdim edən mənbə müqayisə üçün bildirir ki, 2014-cü ilin statistikasında, yəni Taleh Ziyadov limana baş direktor təyin olunmamışdan əvvəl Limanın yük dövriyyəsi rüb üçün 50-100 min ton civarında olub. Qəribədir ki, 2015 və 2016-cı illərdə, yəni Taleh Ziyadovun limana rəhbərlik etdiyi dönəmdə yük dövriyyəsi sıfır olub. Faktiki olaraq Taleh Ziyadov rəhbər təyin olunan gündən Limanın statusu ilə bağlı əldə etdiyi gəlirlərin mənimsənilməsi ilə məşğul olublar. Qeyd edək ki, Liman Azərbaycan sularına daxil olan bütün gəmilərdən Nazirlər Kabinetinin 1994-cü il qərarına əsasən 7 məcburi punkt üzrə ödəniş almaq statusuna malikdir. Belə ki, Azərbaycan sularına daxil olan hər bir gəmi Limana ölçüsündən asılı olaraq 2500-20000 ABŞ dolları ödəyir. Mənbə bildirir ki, Limana rüb ərzində 205-300 gəmi giriş edir. Bu gəmilərdən girişindən əldə olunan gəlirlər isə faktiki olaraq sıfırlanıb. Mənbə qeyd edir ki, mənimsənilən vəsaitlər Taleh Ziyadovun komandasının dəbdəbəli maşınlarna, bahalı restoranlarda, "işgüzar görüşlərdə” nahar etməsinı, Limanın investitisiya məsələləri adı altında xarici səfərlərə və həmin səfərlər zamanı bahalı otellərdə yaşamağına sərf olunub. Üstəlik, Taleh Ziyadov və komandası Limanın təcrübəli işçilərini şərləyərək işdən qovublar və onların yerinə tanış və qohumlarını yüksək maaşla işə götürüblər. Oxucuların diqqətini cədvəldəki 2.9 bəndinə cəlb etmək istərdik. Həmin bənddə göstərilir ki, ADA-ya ianə ödənişi üçün 160 min manat sərf olunub. Taleh Ziyadov bunu hansı məqsədlə edib? Məlumdur ki, Taleh Ziyadov Limana baş direktor təyin olunmazdan əvvəl ADA-da dekan köməkçisi işləyib. Həmçinin sənədə əsasən Taleh Ziyadovun komandası sökülməkdə olan Liman ərazisində guya ki, təhlükəsizlik sistemlərinin qurulması məqsədilə rüblük 250 min manat pul ayırıb. (bənd 4.7). Sökülməkdə olan və ən əsası heç bir yük qəbul etməyən, saxlama xidməti göstərməyən əraziyə 250 min manatlıq təhlükəsizlik sistemi quraşdırmağın nə qədər gülməli olduğu açıq-aşkar ortadadır. Mənbə bildirir ki, Taleh Ziyadovun müşaviri M.Abbasova məxsus "Alternativ Group” şirkətinin hesabına köçürülən 250 min manatın heç 25 min manatı da Liman ərazisində xərclənməyib. Sənədin 7.1 bəndinə diqqət edək. Həmin bənddə göstərilir ki, Logistika və Paka məsələləri üçün 102 420 manat vəsait xərclənib. Mənbə vurğulayır ki, rüb ərzində Limana 1 kq belə yük cəlb edə bilməyən logistika adı ilə bütün dünyanı gəzən Taleh Ziyadovun komandası rüblük 100 min manatdan çox vəsaiti ancaq xarici ölkələrdə ailə üzvləri ilə birlikdə gəzməyə xərcləyib. Hər rüb 205 min manatdan çox investitisiya qoymaq adi ilə ayrılan pulların (10 bənd) hara getdiyi ümumiyyətlə heç kimə bəlli deyil. Sökülməkdə və yenisi tikilməkdə olan Limanın hər hansı bir sahəyə investitisiya yatırması sadəcə ağılsız və dekan köməkçisi işləmiş səriştəsiz kadrın ağlına gələ bilər. Bütün bunlar bir daha sübut edir ki, Limanın indiki rəhbərliyi TALAN yolu ilə varlanmaqla məşğuldur.///qaynar.info Geri qayıt |