Əsas Səhifə > Gündəm, Manşet > Xalq artisti maxinasiyada ittiham olunur...

Xalq artisti maxinasiyada ittiham olunur...


12-10-2016, 08:50
Xalq artisti maxinasiyada ittiham olunur...
Azərbaycanda son illər xeyli struktur dəyişiklikləri aparılıb, bir çox dövlət qurumları ləğv edilib və ya birləşdirilib, ixtisarlar aparılıb. Bu, birbaşa dövlət başçısı İlham Əliyevin göstərişi, sərənacamları ilə həyata keçirilib. Prezidentin bir çox qurumları ləğv etməsi, dövlət strukturlarında ixtisarlar aparması əlbəttə, təqdirəlayiq haldır. Çünki heç bir səmərəsi olmayan, oxşar funksiyaları yerinə yetirən qurumlar dövlət büdcəsini talamaqla məşğul idilər. Minlərlə adam səmərəli bir işlə məşğul olmadığı halda büdcədən maliyyələşirdi. Bu problem həll olunsa da, buna bənzər problemlər hələ də qalmaqdadır. Belə ki, bir çox dövlət qurumları, səhiyyə, təhsil, mədəniyyət və s. strukturlarda hələ də adı ştatda gedən, amma özü evə oturan minlərlə adamlar var. Onların adına maaş yazılır və həmin qurumların rəhbərləri tərəfindən mənimsənilir ki, nəticədə dövlət büdcəsinə milyonlarla manat ziyan dəyir. Biz bu yazıda belə faktlardan biri hqqında bəhs edəcəyik. Söhbət Gəncə Şəhər Filarmoniyasındakı maxinasiyalardan gedir. Bu quruma Xalq artisti, tanınmış müğənni Şahnaz Haşımova başçılıq edir. Qeyd edək ki, Gəncə Şəhər Filarmoniyasının ali təhsili olmayan direktoru Şahnaz Haşımovanın adı qabaqcıl mədəniyyət işçisi kimi Prezident təqaüdçiləri siyahısına salınıbb. Ali təhsili olmayan və uzun illər ərzində Gəncə Filarmoniyasına direktorluq edən (yiyələnən desək, lap yerinə düşər) Şahnaz Haşımova, bu gün gah özünü Elmar Vəliyevin qohumu kimi təqdim edir, gah da “daydayı”sının Mədəniyyət və Turizm Nazirliyində əsas fiqurlardan biri hesab olunan Ədalət Vəliyev olduğunu açıq deməkdən də çəkinmir. Görün, bu qurumda nələr baş verir? Hər il maaş kartları dəyişən ərəfədə Şahnaz Haşımova yay məzuniyyət günlərinin hesabına həddi-hüdudu bilinməyən maliyə maxinasiyası edir. Bu bir yana, mövcud qanunvericiliyə zidd olmasına baxmayaraq, filarmoniya direktorunun bütün ailə üzvləri elə adı çəkilən filarmoniyada stat cədvəli üzrə vəzifə daşıyırlar. Şahnaz Haşımova bütün yaxın çevrəsini işə götürməklə, sanki “ailə ansamblı” yaradıb. Həmin şəxslər işə gəlməsələr də, heç bir söz-söhbət olmadan maaşlarını ala bilirlər. Müharibə gedən bir ölkədə görünür hərə bir yolla büdcəni talayır ki, Haşımova da həmin şəxslərdən heç də geridə qalmır. Etibarlı mənbədən "Gündəm Xəbər"ə daxil olan məlumatda deyilir , artıq uzun illərdir ki, Gəncə Dövlət Filarmoniyasında yay mövsümü ərəfəsində məzuniyyət bitdikdən sonar - avqustun 12-13-dən sentyabrın 1- nə, yəni filarmoniyanın fəaliyyəti başlayana qədər 18 iş gününə olan maaşları işçilərin özləri deyil, filarmoniyanın direktoru, Prezident təqaüdçüsü Şahnaz Haşımova alır. Öze də bu maliyyə maxinasiyası uzun illərdir ki, davam edir. Kart sistemi tətbiq olunana qədər əvvəl maaş cədvəli ilə maaş alan zamanlarda olduğu kimi, indi də yayda məzuniyyət ərəfədə, yəni maaş kartları dəyişən ərəfədə 18 günlük maaş cədvəli tutulsa da, həmin maaşı istirahətdən qayıdan işçilər deyil, məlum olub ki, filarmoniyanın direktoru mənimsəyirş. Bu il artıq bu "əməliyyat"ın Mədəniyyət və Turizm Nazirliyinin diqqətini çəkməsindən duyuq düşən xalq artisti Şahnaz Haşımova daha bir cinayətə əl atıb. Belə ki, istirahətdən qayıdan işçilərin gizli zərfdə gələn maaş kartları onlara direktor tərəfindən zərfsiz qaytarılıb. Kartlardakı pullar isə rəhbərlik tərəfindən əvvəlcədən çıxarılıb. Bir neçə işçinin telefonlarına Kapital Bankdan gələn SMS baş verən olayın üstünü açıb. Sudan bütün zamanlarda quru çıxmağı bacaran filarmoniya direktoru işçilərin suallarına cavab olaraq, deyib ki, “texniki işçilərin maaşları səhv olaraq sizin kartlara oturdulduğundan kartlardan pulu çıxarıb banka qaytardım”. Beləliklə, bu dəfə də Gəncə Filarmoniyasının direktoru yenicə Prezident təqaüdünə layiq görülən, xalq artisti Şahnaz Haşımova, gizli zərfləri açaraq çıxardığı məbləği ört-basdır edərək yeni bir cinayətə imza atıb. Maraqlıdır, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin bu maxinasiyalardan xəbəri varmı? Xəbəri yoxdursa, yəqin ki, bu yazıdan sonar xəbəri olacaq. Bəs bu qanunsuzluqla bağlı tədbir görüləcəkmi? Hər halda ümid edirik ki, Mədəniyyət və Turizm naziri də Gəncə Filarmoniyasında baş verən bu və digər qanunsuzluqların üzərindən sükutla keçməyəcək.


DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt