Əsas Səhifə > Gündəm, Manşet > Deputatın qohumu Göyçayda problem yaradır...
Deputatın qohumu Göyçayda problem yaradır...11-10-2016, 07:52 |
DİA.AZ: - Göyçay rayonu Cəyirli kənd sakini Adgözəlov Vahid Arif oğlu DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır: "Millət vəkili Sabir Hacıyevin yaxın qohumu Göyçay rayonu Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizim ailəyə məxsus pay torpaq sahəmizi başqa şəxsə satıb.Bu cinayət əməli barədə etdiyim şikayətlərə baxılmır.Çünki Cəyirli bələdiyəsinin sədri Fuad Nəbiyevi Göyçay rayonundan millət vəkili təyin edilmiş Sabir Hacıyev himayə edir.Bələdiyyə sədri deputat Sabir Hacıyevin yaxın qohumudur.Elə buna görədir ki, bələdiyyə sədri Fuad Nəbiyev kənddə vətəndaşlara məxsus pay torpaq sahələrinin çoxunu başqa-başqa şəxslərə küllü miqdara pula satıb açıq-aşkar cinayət əməlləri ilə məşğuldur.Buna görə də kənd sakinlərinin pay torpaq sahələri sənədlərlə düz gəlmədiyindən məhkəmələrdə çəkişmələr gedir.Bələdiyyə sədrinin tamahına görə vətəndaşlar üz-üzə qalıblar.Bələdiyyə sədri Fuad Nəbiyev Cəyirli bələdiyyəsinə məxsus torpaqlarını kimə gəldi satıb pulunu şəxsi vəsaiti kimi xərcləyir heç bir hesabat vermir". Daha sonra dia-az.life-a daxil olan müraciətdə qeyd olunur: "Ucar rayonu Pirkənd kənd sakini Bədəlov Fazilə 1 hektar torpağı 50.000 manata satıb pulunu mənimsəmişdir.Düzdür alqı-satqı müqaviləsində cüzi qiymət qeyd edilir ancaq 1 hektarını 50.000 manata satıb ki, bu korrupsiya cinayətini təsdiq edən subutlar var.Belə hallar çoxlu saydadır.Göyçay rayonu Cəyirli kəndində torpaqlar çox məhsuldar və keyfiyətli olduğu üçün qiyməti bahadır.Qeyd edim ki, bizim ailəyə 1998-ci il tarixdə aqrar islahatlar zamanı 20 sot torpaq sahəsi verilmişdir.Kəndlinin çörəyi torpaqdan çıxır.Ancaq bu saxtakar bələdiyyə sədrinin qanunsuz əməllərinə görə çörəksiz qalmışıq.Bələdiyyə sədri Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev isə Cəyirli kənd ərazi icra nümayəndəsidir.Nəbiyev qardaşlarının qanunsuz əməllərindən kənd camaatı cana yığılıb.Özlərinin hektarlara torpaq sahələri,Bakı şəhərində mülkləri, bahalı avtomobilləri, ticarət mərkəzləri var.Buna baxmayaraq gözü doymayan korrupsioner bələdiyyə sədri bizim ailəyə məxsus pay torpaq sahəsini başqasına qanunsuz olaraq satıb mənimsəmişdir. Göyçay Regional Ədliyyə Şöbəsinə bu barədə etdiyim şikayət ərizəmidə düzgün icra etmirlər, açıq-aşkar cinayətkar bələdiyyə sədrini müdafiə edirlər.Çünki onlara haqq verir.Buna görə də ümüdümü Prezidentə bağlayıb ona müraciət edirəm.Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən xahiş edirəm bizim torpağımızı əlimizdən alıb satan cinayətkar bələdiyyə sədri və onun himayədarı deputat Sabir Hacıyevin barəsində ciddi tədbirlər görəsiniz.Nə Fuad Nəbiyev bələdiyyə sədri vəzifəsinə layiq deyil,nədə ki, Sabir Hacıyev millət vəkili olmağa layiq deyil.Millət vəkili özgəsinin torpağını satıb mənimsəyən cinayətkarı himayə etməz". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |