Əsas Səhifə > Gündəm, Manşet > Türkiyə FETÖ-nun Azərbaycandakı adamlarını açıqladı

Türkiyə FETÖ-nun Azərbaycandakı adamlarını açıqladı


7-10-2016, 10:06
Türkiyə FETÖ-nun Azərbaycandakı adamlarını açıqladı
DİA.AZ: - DİA.AZ Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qardaş ölkədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarları ilə bağlı konkret faktlardan və adlardan ibarət sənədlər paketi Azərbaycana göndərilib. Həmin sənədlərdə göstərilir ki, FETÖ terror təşkilatı üzvləri TANAP kimi mühüm enerji layihəsini necə hədəfə alıblar. Həmin materialın isə Türkiyənin xüsusi xidmət orqanları (MİT) tərəfindən hazırlandığı deyilir.

DİA.AZ mənbəyə istinadən bildirir ki, artıq Bakıya - Azərbaycanın Baş Prokurorluğuna ölkəmizdəki FETÖ tərəfdarlarının adlarının da əks olunduğu sənədlər göndərilib. Həmin sənədlərə görə, FETÖ-nun başlıca hədəflərindən biri məhz Azərbaycan olub.

Sənədləri hazırlaya MİT-in AZƏRBAYCAN RAPORUnda qeyd olunur ki, sözügedən terror təşkilatı üzvləri Azərbaycanda yetərincə şaxələnə biliblər.

Raporda FETÖ-nun Azərbaycan üzərindən Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi - TANAP-ın necə hədəfə alındığı detallı qeyd olunur.

Həmçinin qeyd olunur ki, FETÖ-çular Azərbaycanda təhsil quruluşu adı altında 28 TƏŞKİLATA sahibdirlər.

dia-az.life bildirir ki, bu faktlara rəsmi Bakının yaxın vaxtlarda reaksiya verəcəyi heç şübhəsizdir.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları FETÖ ilə bağlı başladılan istintaq çərçivəsində AXCP sədrinin köməkçisi Faiq Əmirli də daxil olmaqla Əli Kərimlinin bir neçə tərəfdaşını Fətullah Gülən tərəfdarı kimi həbs edib. İstintaqın açıqladığına görə Faiq Əmirli Fətullah Gülənin “Azərbaycan imamı” kimi fəaliyyət göstərib. Azərbaycan tərəfi Türkiyə tərəfindən istintaqa yardım göstərilməsini xahiş edib və bu məqsədlə daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdə olub.

Geri qayıt