Əsas Səhifə > Gündəm, Manşet > “MuğanBank” ASC-də soyğunçuluq
“MuğanBank” ASC-də soyğunçuluq3-10-2016, 08:39 |
"Bir neçə gün əvvəl "MuğanBank” ASC-nin Göyçay filialından kredit götürmüş müştəri 73 yaşlı Göyçay rayon sakini Xəlilova Xacca Nuralı qızı banka olan borcundan ödəniş etdikdən sonra 1 ay əvvəl bank işçiləri tərəfindən aldadıldığını və borcundan qat-qat artıq ödənilməsini öhdəsinə götürdüyü müqavilə barədə xəbər tutub" Bu barədə unikal.org-a hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. Onun sözlərinə görə, 08 avqust 2016-cı il tarixdə X. Xəlilova borclu olduğu banka çağırılıb: "Ona təklif ediblər ki, "dollar hər gün qalxa-qalxa gedir, sən gəl yeni müqaviləyə imza at, sənin borcunu manata çevirək!. Bank rəsmilərinin təklifinə sevinən qadın ona təqdim olunmuş sənədləri oxumadan imzalayıb və nəticədə də təxminən 1200 ABŞ dolları borcu olan qadın 2 əlavə müqaviləyə görə 33 ay müddətində 1287,50 manat və 60 ay müddətində 4860,36 manat ödəməyi üzərinə götürüb. Təqdim olunmuş və imza etdirilmiş kredit müavilələri heç də ABŞ dolları ilə bağlanmış ilk müqavilənin əvəzlənməsi üçün deyil, tam aydınlığı ilə yeni kredit müqavilələridir. Belə bir müqavilə bağlanmış olsa da borcalana kassa məxaric qəbzi verilməyib”. T.Xasməmmədov bankın bu addımını rsəmiləşdirilmiş soyğunçuluq kimi qiymətləndirib: "Sual yaranır ki, 6147.86 manatlıq 2 kredit müqaviləsi nəyə qarşılıq olaraq bağlanıb? Dərindən düşünsək burada hər hansı müqavilədən yox, rəsmiləşdirilmiş soyğunçuluqdan söhbət gedə bilər. Nəzərinizə çatdırım ki, Xəlilova Xacca Nuralı qızı təqaüdçüdür, 73 yaşı var, hər ay 162 manat təqaüd alır. Həmçinin qeyd etmək istəyirəm ki, banklar tərəfindən öz xeyrinizə hər hansısa təklif aldıqda onların sizə söylədiklərinə yox, sizə təqdim etdikləri müqaviləyə diqqət yetirin. Əgər siz müqaviləni oxumadan imza atsanız hüquqlarınızın pozulmasını yalnız üzərinizə qoyulmuş borclardan sonra anlayacaqsınız ki, bu da sizin üçün əlavə problem və vaxt itkisnə çevriləcəkdir. Tək bir şeyi bilmək lazımdır ki, heç bir kreditoru müştərilərin maddi durumunun pis olması deyil, bankların mənafeyi düşündürür”. Məsələ ilə bağlı "MuğanBank” ASC-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadığından onların da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |