Əsas Səhifə > Gündəm, Manşet > NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI

NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI


7-09-2016, 08:58
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
Azərbaycan Mərkəzi Bankı rəsmi olaraq sabah üçün USD/AZN məzənnələrinə dair kursun göstəricilərini açıqlayıb. Gundeminfo.az-ın məlumatına əsasən sabaha olan məzənnə Azərbaycan manatının ABŞ valyutası ilə alış qiyməti 1.6403 manat səviyyəsində təsdiqlənib. Qeyd edək ki, sentyabrın 6-a olan məzənnə isə 1.6362 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar rəsmən etiraf etməsələr də faktiki olaraq dollar satışından imtina ediblər.

Gundeminfo.az-ın əməkdaşları bu gün Bakıda dollar satışı ilə bağlı olaraq apardıqları montirorinqlər zamanı maraqlı məqamla üzləşiblər. Belə ki, bir sıra banklar dollar satışı ilə bağlı heç bir problemin olmadığını iddia etsələr də, Nikoyl/Bank müştərilərə dollar satışını dayandırmışıq cavabını veriblər. Maraqlıdır ki, bu bank dolların alışını dayandırmayıb. Yəni istənilən qədər ABŞ dollarını Nikoyl Banka satmaq mümkündür. Həm də Mərkəzi Bankın təyin etdiyi valyuta kursu ilə. Lakin bankın dollar satışı ilə bağlı təqdim etdiyi rəqəm təxminən «qara bazar» qiymətlərə uyğundur. Dolların satış qiyməti 1.7016 AZN.

Onu da əlavə edək ki, bankın son zamanlar yayımladığı press-relizlərdən də bəlli olur ki, əslində bu bankın aktivlərinin artımında, eyni zamanda əmanət yığımı və kredit qoyuluşları ilə bağlı dinamikasında müsbət tendensiyalar müşahidə olunmur. Maraqlıdır ki, bank həm də Rusiyada yaranan iqtisadi böhran dövründə açıqlamalar yayaraq bəyan etmişdi ki, bu böhranın Azərbaycanda Nikoyl Banka hər hansı formada mənfi təsirləri yoxdur.

Aldığımız informasiyalara əsasən Nikoyl Bank Neft Fondunun və Mərkəzi Bankın dollar satışı üzrə hərraclarında aktiv iştirak edən banklardan biridir. Lakin nədənsə bu bank aldığı dollarları satışa çıxarmır. Sadə məntiqlə qərar versək bəlli olar ki, Rusiyanın neft nəhənginin krizis mərhələsində olduğu dönəmdə(Söhbət Nikoyl Bankın əsas payçısı olan «Lukoyl» Konsernindən gedir red.), bu bank «heç bir problem yoxdur» açıqlamasını verir. Məsələ burasındadır ki, faktiki olaraq bank rəsmiləri müştərilərinə aç açıq şəkildə deyir ki, Mərkəzi Bankdan istədikləri qədər dollar ala bilmədiklərindən satışı dayandırıblar. Buna baxmayaraq Nikoyl Bank dollar alır. Lakin aldığı dolların 1 sentini belə satışa çıxarmır. Hansı gün üçün saxladıqları da bir mühim müəmmadır…

Əgər bu bank rəhbərliyi Azərbaycandan dolları alıb «qara gün» üçün saxlayırsa, elə bunun özü Azərbaycan iqtisadiyyatında zülmət yaratmaq təşəbbüsü deyilmi?

Gundeminfo.az olaraq onu da qeyd edək ki, Nikoyl Bank Azərbaycanda 1994-cü ildən, «Ülpər» Azərbaycan Kommersiya Bankı kimi fəaliyyətə başlayıb. Daha sonralar Azərbaycan İnvestitsiya Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. 2002-ci ilin yanvar ayında «Ülpər» KB-nin ləğv edilməsi nəticəsində bankın səhmlərinin 60 faizini Nikoyl AİŞ, 40 faizini isə «Lukoyl Azərbaycan» əldə edib. 2002-ci ildən isə Nikoyl Bank yaranıb.

NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI
NikoilBank-dan Bakıda DOLLAR SABOTAJI

Geri qayıt