Əsas Səhifə > Gündəm, Manşet > Ermənistan xidmət orqanları ilə əməkdaşlıq edən şəxsin kitabları açıq satışdadır

Ermənistan xidmət orqanları ilə əməkdaşlıq edən şəxsin kitabları açıq satışdadır

6-09-2016, 08:49
Ermənistan xidmət orqanları ilə əməkdaşlıq edən şəxsin kitabları açıq satışdadır
“Bakıda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxsin kitabları açıq satışdadır”.
Bu barədə Gununsesi.info-ya politoloq Araz Qurbanov deyib. Onun sözlərin görə, Bakının mərkəzi kitab mağazalarından birində qondarma «Talış-Muğan Respublikasının» ideoloqlarından biri olan və xüsusilə, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır. “Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsi ilə Ermənistandan yaımlanan TMV (Tolişə milliyə vindəsədo) –”Talış Milli Televiziyası”nın aparıcısı, əslən lənkəranlı olan Zabil Madojdur”-deyə, A. Qurbanov bildirib.
O əlavə edib ki, kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belorusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən “Talış Milli Akademiyasının” nəşrləridir.
Kitablar isə Bakıda nəşr olunub.
Qeyd edək ki, kitabların müəyyən hissəsi 2011-ci ildə nəşr olunub və hazırda “Fəvvarələr Meydanı”nda “Erməni kilsəsi”nin araxasında yerləşən kitab mağazasında satılır.

Geri qayıt