Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanda Milli Məclis yenilənə bilər...

Azərbaycanda Milli Məclis yenilənə bilər...


5-09-2016, 08:26
Azərbaycanda Milli Məclis yenilənə bilər...
26 sentyabrda keçirləcək Konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum bitəndən az sonra Milli Məclisin buraxılması ilə bağlı qərar veriləcək. Yeniləşən konstitusiya bu səlahiyyəti prezidentə verəcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, yəni Konstitusiyaya dəyişiklikləri parlament seçkilərinin ertələnməsini zəruri edir: Daha doğrusu, referendumdan sonra parlament fərqli səlahiyyətlərə sahib olacaq. Ancaq fərqli səlahiyyətləri indiki parlamentə tətbiq etmək Konstitusiyaya ziddir. Çünki indiki parlament hazırda qüvvədə olan Konstitusiyaya uyğun formalaşıb. Ona görə də, referendumdan az sonra hakimiyyətin qanunverici qolunun yeni Konstitusiyaya uyğunlaşdırmaq üçün üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Hətta böyük ehtimalla yeni parlamentin səlahiyyət müddəti 5 il yox, 4 il müəyyən ediləcək".

Mənbənin iddiasına görə, yeni parlament seçkisinin keçirilməsinin siyasi səbəbləri də var: “Təxmini hesablamalara görə, Milli Məclisin 125 depuatının 40-a yaxını faizi bu və ya başqa formada Gülən camaatı ilə bağlıdır. Xüsusilə də biznesmen-deputatların əksəriyyəti Gülən seti ilə işgüzar münasibətlər qurub. Türkiyə hadisələri də göstərdi ki, bu təhlükəli şəbəkədir və istənilən an dövlətə ciddi problemlər yarada bilər".

Mənbəyə deyir ki, artıq Gülən camaatına yaxın deputatlar referendum kampaniyasından kənarda saxlanılıb: YAP-ı Milli Məclisə 72 deputat təmsil edir. YAP rəhbərliyinin MSK-ya təqdim etdiyi siyahıda YAP-ın referendumda 24 səlahiyyətli nümayəndəsi təsdiqləniib. Bu 24 nəfərin 21-i YAP-ı parlamentdə təmsil edən deputatlardı. Yəni YAP-ı referendum kompaniyasında YAP-çı deputatların cəmi 30 faizi təmsil edir. Qalan deputatlara, xüsusilə də Gülən setinə yaxın deputatlara referendumda aktiv iştirak etmək yasaq edilib”.

Geri qayıt