Əsas Səhifə > Gündəm, Manşet > Ərdoğan İlham Əliyevə kimlərin adını verib?
Ərdoğan İlham Əliyevə kimlərin adını verib?29-08-2016, 08:29 |
Sentyabrın 26-da keçiriləcək olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra prezident İlham Əliyev ciddi kadr islahatlarına başlayacaq. İlk növbədə hakimiyyət Gülən tərəfdları olan məmur və nazirlər istefaya göndəriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, Gülən tərəfdarı olan yüksək ranqlı məmurların siyahısı hazırdı. Bu siyahını Türkiyə prezidenti prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə artıq təqdim edib. Siyahıda 1000-ə yaxın iri və orta çaplı məmur adı var. Gülənçilər nazirliklərdə, dövlət müəssisələrində, Elmlər Akademiyasında, ali məktəblərdə, bank və başqa iri biznes strukurlarında qərarlara təsir edə biləcək postlarda yerləşdirilib. Gülənçilərin sayı Azərbaycanda çox olsa da, onların ən aktivləri ilə bağlı tədbirlər görüləcək. Çünki hakimiyyət Türkiyədə olduğu kimi kütləvi repressiyalara getməyəcək. Sadəcə, müəyyən aktiv təbəqə zərəsizləşdiriləcək - deyə mənbə vurğulayıb. İstiqlal.az az öncə mötəbər mənbəyə istinadən bildirmişdi ki, Azərbaycanda Gülənçilərin siyahısına mədəniyyət və turizm naziri Əbüfəs Qarayevlə idman və gənclər naziri Azad Rəhimov başçılıq edir: "Gülən tərəfdarları hələ 1994-cü ildə - Gənclər və İdman Nazirliyi yaranandan bu qurumu tam nəzarətə götürə biliblər. O vaxt nazirliyə rəhbərlik edən Ə.Qarayev Gülən tərəfdarlarını qısa zaman kəsiyində rəhbər strukturlara yerləşdirib. Bu sırada hətta nazir müavinləri də var. Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, bu qurumların bazasında Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ancaq Gülən tərəfdarları hər iki nazirliyi nəzarətdə saxlaya bilib. Gülən qrupunun liderlərindən və Ə.Qarayevin ən çox etimad etdiyi müavinlərindən biri olan İntiqam Babayev Gənclər və İdman Nazirliyində statusunu qoruya bildi. Hazırda o nazir müavini postunu tutur". Mənbə iddiasına görə, bu iki nazirlikdə Gülən qrupu o qədər şaxələnib ki, onları başqa nazirliklərə rahatlıqla transfer edə bilirlər: "Hazırda başqa nazirliklərdə də Gülən tərəfdarları kifayət qədərdir. Hətta keçmiş Gənclər, İdman və Turizm Nazirliyinin kadrları arasında deputat qrupu da var. Gülən camaatının Bakıdakı himayədarları kimi tanınan Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanov (Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiridir) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov (hazırda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədridir) da bu qrupun dəstəyi ilə yüksək postlara təyin ediliblər. Onlar işdən çıxarıldıqdan sonra Gülən qrupunun mövqeyi zəifləsə də, seti dağıtmaq mümkün olmadı. Həyat tərzi Gülən camaatı ilə ziddiyyət təşkil edən A.Rəhimov isə qrupun biznes imkanlarından faydalanmağa üstünlük verdi". Mənbənin məlumatına görə, Bakıda Gülən qrupunun əsas maliyyə işlərini SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov kurasiya edir: "Xaliq Məmmədov Gülən qrupunun əsas maliyyə dayağıdır. Gülən qrupuna məxsus Qafqaz Universiteti Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Ancaq Türkiyə tərəfi məsələnin açıq qaldığını bildirir. Çünki Ali Neft Məktəbinin təsisçisi X.Məmmədovun rəhbəri olduğu Azərbaycan Beynəlxalq Təhsil Mərkəzidir. Bu şəxsin adı Gülən qrupunun Azərbaycandakı əsas simlarından biri kimi hallanır. Mənbə bildirir ki, böyük ehtimalla Konstitusiya dəyişikliyi ilə bağlı referendium bitdikdən sonra (26 sentyabr) prezident İlham Əliyev hakimiyyətdəki Gülən qrupu ilə bağlı qərarlar veriləcək: "Türkiyədəki məlum hadisələrdən sonra rəsmi Bakı Gülən camaatının Bakıdakı dayaqlarını təhlükə mənbəyi hesab edir. Türkiyə prezidenti Ərdoğan da Gülən camaatının Bakıda çevrilişə cəhd edəcəyi ilə bağlı bəyanat vermişdi". Geri qayıt |