Əsas Səhifə > Gündəm, Manşet > Göygöl rayon rəhbərliyindən özbaşınalıq

Göygöl rayon rəhbərliyindən özbaşınalıq


19-08-2016, 08:41
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
DİA.AZ: - Göygöl rayonunun ərzisində yerləşən "alma bağı" adı ilə məhşur olan torpaqların hasarlanması yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Hər kəs ərazilərin tikinti məqsədi ilə hasarlanmasından və ərazidə olan ağacların məhv ediləcəyindən narahatdır. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin kənd təssərüfatının inkişaf etdirilməsi və yeni bağların salınmasını vacib besab etdiyi bir vaxtda Göygöl İcra hakimiyyətinin bu əraziləri kimlərəsə satması, təyinatından kənar istifadəsinə göz yumması hər kəsdə narazılıq oyadır.

Bələdiyyənin də bu məsələdə tamaşaçı kimi çıxış etməsi, prosesi durdurmaması onların da bu işdə maraqlı tərəf olmalarını sübut etmiş olur.

Göygöl rayon sakini Əlövsət Babayev: "Başladılar buranı hissələrə bölərək kafe kimi işlətməyə. İndi isə tamamilə hasara alıblar. Əvvəl heç olmasa yerdə əyləşib sərinləmək olurdu. Bu qədər bərəkətli ağacları indi məhv edəcəklər. Deyirlər ki, burada evlər tikəcəklər. Bəyəm bu torpaqlar ev tikmək üçündur? Axi bu cinayətdir... İcra və bələdiyyə ancaq torpaq satmaqla məşğuldur..."

Dövlət mülkiyyəti hesab olunan bu torpaqların aqibəti haqda Göygöl rayon İcra hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Rəsmilərin məzuniyyətdə olduğunu bildirdilər.

DİA.AZ olaraq ərazidən çəkilmiş fotoları təqdim edirik:

Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Göygöl rayon rəhbərliyindən özbaşınalıq
Geri qayıt