Əsas Səhifə > Gündəm, Manşet > “Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı”

“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı”


16-08-2016, 08:35
“Azəriqaz” İB-in kodu sındırılan “kod əməliyyatı”
Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin Abşeron idarəsinə məxsus smart kartların tez-tez koda düşməsi vətəndaşların ciddi narazılığa səbəb olmaqdadır. Vətəndaşlar smart kartların “öz-özünə” necə koda düşdüyünü anlamır, hər bu cür halla qarşılaşanda qurumun Xırdalan şəhərindəki idarəsinə müraciət etmək məcburiyyəti qarşısında qalır.
Bugünlərdə özəl mənbədən daxil olan məlumat “Azəriqaz” İB-in kod əməliyyatına aydınlıq gətirib. Mənbənin verdiyi məlumatdan bəlli olub ki, əslində smart kartlar heç də “öz-özünə” koda düşmür. Belə ki, kartların koda düşməsi “Azəriqaz”İB-in öz əməkdaşlarının “zəhməti” sayəsində baş tutur ki, bunda da məqsəd vətəndaşların idarəyə müraciət edib kodun açılması üçün pul ödəməsini təmin etməkdir. Belə ki, koda düşən kartın koddan çıxarılması üçün vətəndaşlardan bəlli məbləğdə xidmət haqqı tələb edilir ki, bu da əlavə gəlir deməkdir.

Mənbənin sözlərinə görə, “Azəriqaz” İB-in bu kələyi tədricən ictimaiyyətə bəlli olsa da, hələ də qurumun əməkdaşları smart kartların koda düməsinə görə məsuliyyəti vətəndaşların üzərinə qoymaqda, onları kartdan düzgün istifadə etməməkdə ittiham etməkdədir.

Geri qayıt