Əsas Səhifə > Gündəm, Manşet > Türkiyənin Kastamonu universiteti Azərbaycanın ərazi bütövlüyünü təhrif edib

Türkiyənin Kastamonu universiteti Azərbaycanın ərazi bütövlüyünü təhrif edib


15-08-2016, 08:07
Türkiyənin Kastamonu universiteti Azərbaycanın ərazi bütövlüyünü təhrif edib
Türkiyənin Kastamonu dövlət universiteti Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsini müstəqil ölkə kimi təqdim edib. Editor.az xəbər verir ki, universitet özünün rəsmi saytında xarici tələbələrin qeydiyyatı üçün nəzərdə tutulan bölmədə dünya ölkələrinin bayraqları sırasında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını da qeyd etməklə, Azərbaycanın ərazi bütövlüyünü təhrif edib. (http://kuyos.kastamonu.edu.tr/)

Qeyd edək ki, Kastamonu universitetində təhsil alan azərbaycalı tələbə sayı 100-dən çoxdur.

Editor.az həftə sonu olduğu üçün məsələyə Kastamonu universitetinin mövqeyini öyrənə bilməyib. Mövzu diqqətimizdədir.

Türkiyənin Kastamonu universiteti Azərbaycanın ərazi bütövlüyünü təhrif edib
Türkiyənin Kastamonu universiteti Azərbaycanın ərazi bütövlüyünü təhrif edib

Geri qayıt