Əsas Səhifə > Gündəm, Manşet > Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu

Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu


5-08-2016, 08:38
Səfər Əbiyevin sabiq köməkçisi nazirlikdən qovuldu
Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif Hüseynovla bağlı nazirlikdə rüşvət qalmaqalı yaşanıb. Bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyində daxili araşdırma başlayıb. Məlumatda o da qeyd olunur ki, Vaqif Huseynovla bağlı araşdırmanın nəticəsi Hərbi Prokurorluğa təqdim ediləcək.
Xəbərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavabsız qaldı. Mövzuya qayıdacağıq.

Geri qayıt