Əsas Səhifə > Gündəm, Manşet > "Ramazan fitrənizi bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq"

"Ramazan fitrənizi bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq"


1-07-2016, 08:22
"Ramazan fitrənizi bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq"
DİA.AZ: - Ucar rayonunun Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu DİA.AZ-a tükürpədən ifadələrlə dolu müraciət ünvanlayıb. Həmin müraciətin mətnini olduğu kimi təqdim edirik:

"Allahı sevən bütün vicdanlı insanlardan çox-çox xahiş edirəm bizim ailəyə kömək edin. Ramazan fitrəsini bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq.Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşının hesabına gəzə bilirəm.Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq. Quru çörəyə belə həsrətik.Pensiya kartımı sələmə götürdüyüm pula görə bir ildən çoxdur ki, girov qoymuşam. 3 yaşlı övladım İsmayılı ilan vurdu deyə onun ölməməsi üçün müalicə üçün sələmə götürdüyüm pula görə düz bir ildən çoxdur ki, pensiya kartım sələmiçidədir.

Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım var idi. Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür. sizdən xahiş edirəm Ramazan fitrəsini bizim ailəyə verəsiniz.Qarşıdan gələn müqəddəs Ramazan bayramınız mübarək olsun. Allah oruc namazınızı qəbul etsin..Ömürümüz boyu sizə minnətdar olarıq.Allah sizi qorusun.
Əlaqə telefonumuz; 051 808-14-47"


Yardım etmək istəyənlər üçün:

Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi
Kod; 805807
Vöen; 9900001881
Swift kodu: İ B A Z A Z 2x
Müştəri: Qədirov Rafiq İsrayıl oğlu
Müxbir hesabı: AZ 03NABZ01350100000000002944



"Ramazan fitrənizi bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq"
"Ramazan fitrənizi bizim ailəyə verin ki. aclıqdan məhv olmayaq"
Geri qayıt