Əsas Səhifə > Gündəm, Manşet > Gömrük generalının "Hindistan əti" biznesi

Gömrük generalının "Hindistan əti" biznesi


23-06-2016, 08:52
Gömrük generalının "Hindistan əti" biznesi
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük generalı Səfər Mehdiyevin Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarını inhisara alması hələ də davam edir. Qeyri-ərzaq və bəzi ərzaq növlərinin idxalı üzrə monopoliya aradan götürülsə, əsas ərzaq növləri üzrə monopoliya qalmaqdadır. Bu barədə istiqlal.az-a monopoliyadan əziyyət çəkən iş adamlarından biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı - bacanağı Gündüz adlı şəxs məşğul olur.

“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz.

Onu da bildirək ki, hər ay ölkəyə Hindistandan 1000 tona yaxın ət idxal edilir. Bu, ildə 12 min ton ət deməkdir. Hər kiloqramdan 2,1 manat gəlir götürülürsə, bu, ildə milyonlarla manat gəlir deməkdir.

Mənbənin bildirdiyinə görə, gömrükdə idxalın xeyli dərəcədə liberallaşmasına rəğmən, S.Mehdiyevin binezsi hələ də himayə olunmaqda davam edir: Bu məsələ ilə bağlı Prezident Administrasiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişik, cavab gözləyirik.

Geri qayıt