Əsas Səhifə > Gündəm > Əliyev Putinə:
Əliyev Putinə:20-06-2016, 17:13 |
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. RİA Novosti-nin verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib. Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb. * * *16:07 Az əvvəl Peterburqda Qarabağ müzakirələri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşü başlayıb. Virtualaz.org xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib. “Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı”-Sərkisyan deyib. Putin isə münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını bildirib. * * *14:36 Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün baş tutacaq üçtərəfli görüşünün əsas vəzifəsi hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaqdır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib. “İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir”-Peskov bildirib. Rusiya prezidentinin sözçüsü etiraf edib ki, qarşıdakı danışıqlar mürəkkəb olacaq. Peskovun sözlərinə görə, Putin əvvəlcə Ermənistan prezidenti Serj Sərkisyanla ayrıca görüşəcək, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. “Bundan sonra ayrıca söhbət olacaq və daha sonra üçtərəfli formatda işgüzar səhər yeməyi təşkil ediləcək, yəni orada Putin, Əliyev və Sərkisyan olacaq”-Peskov bildirib. Beləliklə, Peskovun açıqlamasına əsasən Peterburqda Qarabağ müzakirələri üçtərəfli formatda sabah səhər də davam edəcək. * * *14:26 Xəbər verildiyi kimi bu gün Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqa görüşəcəklər. Üçtərəfli görüşdən əvvəl Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüşəcək. “Kommersant” qəzeti yazır ki, müharibənin bir addımlığında olan iki ölkənin prezidentlərinin Putinin vasitəçiliyi ilə görüşməsi Moskvanın Qarabağ münaqişəsindəki aparıcı rolunu ona geri qaytarır. Ekspertlər qeyd edirlər ki, Rusiya diplomatiyasının fəallaşması Bakı ilə İrəvan arasında tammiqyaslı müharibə təhlükəsinin getdikcə daha da artmasının nəticəsidir. Hansı ki, bu müharibə strateji əhəmiyyətli regionda situasiyanı nəzarətdən çıxara və ən çox uduzan tərəf Rusiya ola bilər. Ona görə də Moskvanın qarşısında asan olmayan vəzifə dayanıb-bir tərəfdən atəşkəsin qorunub saxlanılması, digər tərəfdən münaqişənin nizamlanmasına dair “yol xəritəsi”ni müəyyən edən çərçivə razılaşmasının qəbul edilməsi. Qəzet qeyd edir ki, aprel döyüşlərindən sonra Vyanada baş tutan qısa görüşdə prezidentlərin növbəti görüşünə hansı ölkənin ev sahibliyi edəcəyi ətrafında intriqalar yaranmışdı. Əvvəlcə görüşün Parisdə baş tutacağı, prezident Fransua Ollandın vasitəçilik edəcəyi təxmin edilirdi. Lakin iyunun əvvəllərində Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı Almaniya kansleri Angela Merkel bəyan etdi ki, münaqişənin nizamlanmasında aparıcı rol Rusiyaya məxsusdur. Hazırda Almaniya ATƏT-ə sədrlik etdiyinə görə Merkelin bu bəyanatını Qərbin Rusiya diplomatiyasına münaqişənin nizamlanmasında yeni şans verməyə hazır olması kimi qarşılamaq mümkün idi. Qəzet 5 il əvvəl də Moskvaya belə şans verildiyini, prezidentlərin Kazan görüşündə çərçivə sənədinin imzalanması üçün imkan yarandığını, lakin sonda razılaşmanın baş tutmadığını xatırladır. Prezidentlərin indiki görüşü isə kifayət qədər gərgin situasiyada baş tutur. İlham Əliyev görüş ərəfəsində elan edib ki, Azərbaycan 20 il də bundan sonra mənasız danışıqlar aparmaq niyyətində deyil. “Əgər kimsə belə düşünürsə səhv edir”-o bildirib. Habelə görüşlə eyni gündə Azərbaycan ordusu cəbhəyanı poliqonlarda irimiqyaslı hərbi təlimlərə başlayıb. Rusiyanın beynəlxalq məsələlər üzrə Şurasının eksperti Sergey Markedonov hesab edir ki, Sankt-Peterburq görüşündə kompromislər gözlənilmir, çünki tərəflərin buna siyasi iradələri yoxdur. Şuranın digər eksperti Andrey Kortunov isə deyir ki, əgər fəal döyüş əməliyyatarı başlasa Rusiya seçim etməyə məcbur olacaq. Hətta neytrallığın saxlanılması da Ermənistan tərəfində Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi kii qiymətləndiriləcək. Bu situasiyada Rusiya bütün xarici oyunçular arasında ən çox itirən tərəf olardı. Ona görə də Putin irəliyə oynayır və situasiyanı nəzarət altında saxlamağa çalışır. Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər İnstitutunun direktoru Aleksandr Dınkinin fikrincə isə Sankt-Peterburq görüşü hər halda deeskalasiyaya və atəşkəsin möhkəmləndirilməsinə səbəb olacaq. Nizamlama prosesinin “yol xəritəsini” müəyyən edəcək. “Əgər Putin bu üçtərəfli görüşə öz siyasi kapitalını qoyubsa o, iflasa yol verə bilməz”-Dınkin deyib. Qeyd edək ki, amerikalı həmsədr Ceyms Uorlik Twitter-də prezidentlərin görüşünün Konstantinopol sarayında keçiriləcəyini yazıb. Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, görüş günün ikinci yarısına planlaşdırılıb. Geri qayıt |