Əsas Səhifə > Gündəm, Manşet > Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası

Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası

31-05-2016, 08:41
Qəbələ icra başçısı müavininin korrupsiya və dəbdəbə dünyası
Son vaxtlar ayrı-ayrı məmurların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı məlumatlar intensiv xarakter alıb. Artıq bu sırada regional məmurlar da “seçilməyə” ba.layıb. Bu dəfə cumhuriyyet.az-ın elektron poçtuna Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin oğlanları və bu ailəyə məxsus bahalı avtomobillərin fotosu göndərilib.
Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə icra başçısının müavini A.Allahverdiyevin adı 2011-ci ildə rayonda çəkilən yolla bağlı korrupsiyada, Qəbələ RLS-in hərbi şəhərciyindəki evlərin satışında hallanıb. Eyni zamanda cumhuriyyet.az-ın elektron poçtuna icra başçısının müavininin rayonda olan “Sahil” adlı böyük restoranından da yazıblar. Onların dediyinə görə, Arif Allahverdiyevin qardaşının işlətdiyi bu restorandakı qiymətlər “Yeddi ulduz”lu otellərdəki qiymətlərlə müqayisə oluna bilər:” Burada bir çaynik çayın qiyməti on manatdır. Başqa xidmətlərə isə heç yaxın düşmək də mümkün deyil. Ümumiyyətlə isə belə nəhəng bir objektdən heç vergi də alınmır.”

Geri qayıt