Əsas Səhifə > Gündəm, Manşet > Burda rəsmən özbaşınalıqdır...

Burda rəsmən özbaşınalıqdır...


23-05-2016, 09:07
Burda rəsmən özbaşınalıqdır...
DİA.AZ: - "Mən sizə bu məktubumda rayon sakinlərini narahat edən bir məsələ barəsində danışmaq istəyirəm. 07 aprel 2016-cı il tarixdə gecə saat 23.00 radələrində Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov rayonun Albalan kənd sakini Ağayev Adış Quzuçu oğlunun evinə soxularaq işığı kəsmək istərkən vətəndaşın ürəyi partlayıb ölmüşdür. Aydın Məmmədovun gecə qəfildən hücumu, yaratdığı hay-küy, ev sakinlərinə fiziki və psixoloji təzyiqi 50 yaşında kişini əsəb gərginliyinə gətirib çıxarmış, onun ürəyi partlayaraq ölmüşdür. Bu məsələ ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılsa da, nədənsə iş müəmmalı səbəblər ucbatından ört-basdır edilmişdir. Rayon camaatı adından dövlət orqanlarından xahiş edirəm ki, Aydın Məmmədovun ucbatından vəfat etmiş bu şəxs barəsində cinayət işi yenidən qaldırılsın və haqq-ədalət öz yerini tapsın. Media işçilərindən də xahişim budur ki, bu məsələnin işıqlandırılmasında dəstək olsunlar.

Bu gün rayonda qeyri-leqal borclara görə əhalinin işığını kəsib tökürlər. Amma əsl borcu olanların aktları gizlədilir. Həqiqət bundan ibarətdir ki, Günəşli, Petrovka, Maşlıq kəndlərinin, Göytəpə qəsəbəsinin və rayonun Məhəmməd Hadi küçəsinin abonentlərinin real borcları gizlədilir. Xahiş edirəm ki, dövlət orqanları bu kəndlərin əhalisinin işığa olan borclarını və yığım arasındakı fərqi yoxlasınlar, onda hansı oyunların oynanıldığı ortaya çıxacaq. Qanunla ödənişi poçtla köçürməlisən, amma sadaladığımız və digər kəndlərdə əhalinin pulu aparıb poçta ödəməyə imkan vermirlər. Rayonun kəndlərində abonentlər işığa olan borclarını birbaşa nəzarətçilərə verirlər. Nəzarətçilər isə qəbzlərlə hansı oyun olsa çıxarırlar və büdcəyə keçəcək pullar mənimsənilir. Qəbzin nüsxələri poçtda olmalıdır, amma rayonun sadaladığımız kəndlərində qəbzlər hamısı nəzarətçilərin əlindədir. Xahiş edirəm ki, rayonun Muğan-Hamarqışlaq və Uzuntəpə kəndlərində abonentlərinin ödədiyi əllərində olan çeklərlə Cəlilabad EPŞ bazasında olan göstəriciləri tutuşdurasınız. Onda görəcəksiniz ki, kəskin fərq üzə çıxır. Əhalinin işığa görə ödədiyi pulların çox hissəsi büdcəyə daxil olmur, möhtəkirlərin ciblərinə axır.

Qəbzlər adətən 3 nüsxədən ibarət olur. Abonent borcunu verərkən qəbzlərin arasına qara kraskalı kopirovka kağızı qoyurlar ki, üstdə yazılan yazı altdakı nüsxələrə də düşsün. Lakin nəzarətçilər abonentdən pulu alarkən üstdəki məbləği düzgün yazıb vətəndaşın özünə qaytardıqları halda, altdakı nüsxələrin solğunluğundan istifadə edərək xırda məbləğ yazıb idarəyə təhvil verirlər. Məsələn, vətəndaş işığa olan borcuna 30 və ya 50 manat ödəyib çekini nəzarətçidən alır. Nəzarətçi isə o bir nüsxələrdə düzəlişlər apararaq sıfırları tullaylr, müvafiq olaraq həmin rəqəmləri 3 və ya 5 yazaraq aparıb o biri nüsxədə idarəyə təhvil verir. Beləliklə, vətəndaşın ödədiyi məbləğin çox hissəsi dövlətə getmir, kimlərinsə ciblərinə axır. Aydın Məmmədov Cəlilabad EPŞ-nə müdir təyin olunandan bu üsulla mənimsəmələr geniş vüsət almışdır. Ən böyük oğurluq Göytəpə qəsəbəsində gedir.

Dövlət orqanlarından, respublikanın hüquq mühafizə orqanlarından xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində baş verən “Qəbzlərin Alt-Üst Əməliyyatı” ilə bağlı təhqiqat aparılsın. Hal-hazırda rayonun bir çox kəndlərində qəbzlər qeyri-qanuni olaraq nəzarətçilərin əlindədir və onlar yuxarıda dediyimiz qəbzlərin alt-üst yazılması ilə vətəndaşın dövlətə ödədiyi pulu oğurlayırlar. Məhz buna görə də tez-tez vətəndaşın ödədiyi pul ilə idarənin göstəriciləri arasında uyğunsuzluq yaranır. Nəticədə vətəndaşla EPŞ arasında narazılıq qalxır, vətəndaş pulunun oğurlandığını və haqq-ədalətsizliyi görüb işıq pulu verməkdən imtina edir. Maşlıq, Muğan, Uzuntəpə, Hamarqışlaq, Ləkin, Kövüzbulaq, Cəlayir kəndlərinin camaatı işıq pulunu poçta ödəmək istəsələr də, onlara imkan verilmir, nəzarətçilər pulun onlara verilməsini tələb edirlər. Nəzarətçi hətta yerindəcə abonentə heç bir qəbz vermir, sadəcə pulu alıb gedir, 2-3 gündən sonra vətəndaşın evinə qəbz verir ki, filan qədər ödəmisən. Bütün bu qanunsuzluqlara son qoyilmalıdır.

Rayonun Əhməd Cavad küçəsində isə (Astanabad) böyük bir fırıldaq quraraq külli miqdarda dövlət pulunu mənimsədilər. Bu kəndin əhallisi kasıb olduğundan onların işığa çoxlu borcu yaranmışdı. Müdir Aydın Məmmədov Astanabad abonentlərinin köhnədən qurulmuş 3 faza sayğaclarını yeniləri ilə əvəz etdi. Əhalidən rüşvət toplayaraq köhnədən qalan borcları yoxa çıxardılar. Abonentlərdən 300 manatdan pul toplayaraq köhnə borcları sildilər. Hal-hazırda Astanabad sakinlərinin evlərinə yeni sayğaclar qoyulmuşdur və Aydın Məmmədov bu işdən külli miqdarda qazanc əldə etmişdir. Köhnə sayğacların isə hara yox olduğu bilinmir. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki bu məsələyə də aydınlıq gətirsinlər.

Xahiş edirəm ki, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin mühasibat kağızları və eləcə də əhalinin dövriyyəsi tam yoxlanılsın, elektrik sistemində olan kütləvi yeyintilərə son qoyulsun.

Səfərov Qürbət Məhərrəm oğlu
Cəlilabad rayonu Gülməmmədli kəndi.


DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt