Əsas Səhifə > Gündəm, Manşet > Yevlaxın icra başçısından Ali Baş Komandana şikayət...
Yevlaxın icra başçısından Ali Baş Komandana şikayət...19-05-2016, 08:29 |
DİA.AZ: - Yevlax Rayon Xaldan qəsəbəsində yaşayan Kərimov İzzət İmran oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Şəhid atası olan Xaldan sakininin DİA.AZ-a daxil olan şikayətində deyilir: "2016-cı il fevral ayının 4 - də 10 nəfərdən ibarət 3 ailənin yaşadığı mənzilimiz elektrikdən düşən qısa qapanma nəticəsində əşyaları ilə birlikdə yanıb külə dönüb. Hal - hazırda ailə üzvləriylə birlikdə hədsiz darısqal və kiçik daxmada yaşamağa məhkumuq. Dəfələrlə Yevlax rayon İcra hakimiyətinə müraciət etsək də heç bir köməklik göstərilmir. Möhtərəm Ali Baş Komandan! Qeyd edim ki, 1993-cü ildə Tərtər istiqamətində gedən döyüşlərdə oğlum Kərimov Nofəl İzzət oğlu qəhrəmancasına şəhid olub. Cənab pirezdent, 5 oğlum var. Sizin əmrinizi gözləyirik, səfərbərlik edəcəyiniz gün oğlanlarım çağırışınıza səs verib orduya qayıdıb vətən uğurunda döyüşməyə hazırdılar. Amma onlar erməni cəlladlarına qarşı səngərə girəndə geridə dözülməz şəraitdə yaşayan ailə üzvlərinin aqibətini düşünüb pərişan olacaqlar. Əsgər gərək ev-eşiyindən nigaran olmasın ki, döyüşə də pələng kimi atılıb ona heç nəyini əsirgəməyən Vətən uğrunda canını verməyə hazır olsun. Mən övlad dağının nə olduğunu bilirəm. Amma məncə ən böyük faciə ovladını qara torpaqlara vermək yox, şəhid balasının yatmağa torpağının, ev-eşiyinin olmamasıdır. Cənab Prezdent, Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizə köməyinizi əsirgəməyəsiniz, acınacaqlı durumda qalmış şəhid ailəsini çətin vəziyyətdən çıxarasınız. Hal - hazırda yaşadığımız daxma çox acınacaqlıdır, körpə uşaqlar var. İnanıram ki, səsimizə səs verəcəksiniz və Yevlax rayon icra başçısına bizə köməklik etmək üçün göstəriş verəcəksiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm!" dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |