Əsas Səhifə > Gündəm, Manşet > Hərbi xidmətdən ruhi xəstə kimi yayınan məmur narazılıq yaradır
Hərbi xidmətdən ruhi xəstə kimi yayınan məmur narazılıq yaradır18-05-2016, 08:22 |
DİA.AZ: - Göyçay rayon sakinləri tərəfindən DİA.AZ-a ilginc iddianın yer aldığı şikayət məktubu daxil olub. Bildirək ki, bəri başdan qarşı tərəfi dinləməyə hazır olduğumuzu bəyan edirik və müraciətin bəzi hissələrini diqqətinizə çatdırırıq. "Biz Göyçay rayon sakinləri Prezident cənab İlham Əliyevə gömrük generalı Ehtiram Xəlilovun saxtakar qohumu barədə məlumat vermək istəyirik" - deyə şikayətlərinə başlayan narazı vətəndaşlar dia-az.life-a yazırlar: "Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir. Bunun da bir səbəbi isə onun arxasında əmisi oğlu - gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov dövlət vəsaitini göyə sovurur. ...2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov çoxlu sayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib, dövlətə küllü miqdarda zərərlər vurmuşdur. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir". Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb, məhkəmədə qanunlaşdırıb küllü miqdarda qazanca sahib olur. Bu saxtakarlıqın obyektiv yoxlanılmasına zərurət var. Ruhi xəstə adı ilə hərbi xidmətdən yayınan Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib. Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da, bələdiyyə sədri ilə əlbir oub həmin yeri qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun. ...Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Hesablama Palatasına, DSMF-nin sədri cənab Elman Mehdiyevə müraciət edib, xahiş edirik, bu cinayət faktını obyektiv araşdırıb Kamran Xəlilovun barəsində ciddi tədbirlər görəsiniz. İmza; Göyçay rayon sakinləri Seyidov Azər Əliəjdər oğlu Babayev Pünhan Hamlet oğlu Qasımov Sahib Dadaş oğlu" Geri qayıt |