Əsas Səhifə > Gündəm, Manşet > "Pulumuzu istəyirik, şirkət rəhbəri isə üstümüzə Drakon ləqəbli lotu gətirir”
"Pulumuzu istəyirik, şirkət rəhbəri isə üstümüzə Drakon ləqəbli lotu gətirir”12-05-2016, 08:44 |
Bərdə rayon sakini Hüseynov Ramiz Alış oğlu, Qobustan rayon sakini İbrahimov Bəhmən Mehralı oğlu, Bərdə rayon sakini Həsənov Faiq Yadigar oğlu, Mehdiabad qəsəbə sakini Məmmədov Vasif Vaqif oğlu, Bakı şəhər Bozovna qəsəbə sakini Yunusov Babək Balabəy oğlu və Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu Arqument.Az-a şikayət məktubu göndəriblər. Onlar "Xəzər LTD K" MMC-nin rəhbəri Abbasov Elman Cahid oğlundan daxili işlər naziri və baş prokurora müraciət ediblər. DİA.AZ həmin müraciəti təqdim edir: Hörmətli cənab nazir, hörmətli baş prokuror! Yazıb sizə bildrimək istəyirik ki, biz yuxarıda çəkilən şəxslər 2009-cu ilin noyabr ayından, 2013-cü ilin dekabr ayının 31-dək Xəzər LTD-də briqadir vəzifəsində çalışmışıq. Şirkət rəhbəri Elman Abbasovun "Azəriqaz"la müqaviləsi əsasında biz Xəzər, Hacıqabul, İsmayıllı və Abşeron rayonlarında qaz xəttləri çəkərək, sayğaclar quraşdırmışıq. 2009-cu ildən bu yana biz gördüyümüz işin əmək haqqısını ala bilmirik. Çünki bizim də bu işləri görmək üçün işçilərimiz olub. Həmin şəxslər də hər gün bizdən pullarını tələb edirlər. Bərdə sakini Hüseynov Ramiz Alış oğlu: "Elman Abbasovun mənə 42500 manat pul borcu var. Mən evimi sataraq işçilərimin pulunu verdim ki, şirkət rəhbərindən pulumu alaram. Mən onunla axırıncı dəfə "Yeganə” Şadlıq sarayının yanında yerləşən ofisində görüşüb pulumu istədim. O isə üstümə əsl adı Elməddin olan Drakon adlı lotu gətirərək məni ölümlə hədələdi. Mən də dedim ki, hüquq-mühafizə orqanlarına müraciət edəcəm. O isə deyir ki, gedin kimə deyirsiniz deyin. Mənə heç kim, heç nə edə bilməz. Bizim əlimizdə gördüyümüz işlərlə bağlı kifayət qədər sənədlər var. Amma şirkət rəhbəri bunların heç birisinə məhəl qoymur”. Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu: "2013-cü ildən 2014-cü ilədək Xəzər LTD-də briqadir vəzifəsində çalışmışam. Elman Abbasovun "Azəriqaz"la müqaviləsi əsasında Xəzər rayonunda görülən işləri mən həyata keçirmişəm. Özümə məxsus ağ rəngli qazel 10 – XF – 620 dövlət nömrə nişanlı avtomobilimlə tapşırılan bütün işləri layiqincə görmüşəm. Lakin şirkət rəhbəri həm məni, həm də iş yoldaşlarımı aldadaraq əmək haqqımızı ödəmir. Şirkət rəhbərinin mənə 10500 manat borcu var. Mən də onunla axırıncı dəfə "Yeganə” Şadlıq sarayının yanında yerləşən ofisində görüşüb pulumu istədim. O isə üstümə əsl adı Elməddin olan Drakon adlı lotu gətirərək məni ölümlə hədələdi. Mən də dedim ki, hüquq-mühafizə orqanlarına müraciət edəcəm. O isə deyir ki, gedin kimə deyirsiniz deyin. Mənə heç kim heç nə edə bilməz. Onunla bağlı məhkəmələrə müraciət etsək də, şirkət rəhbəri məhkəmələrə rüşvət verərək, qətnaməni öz xeyrinə çıxartdırır". Hörmətli cənab nazir, hörmətli baş prokuror! Ümidimiz bircə sizlərədir. Xahiş edirik əmək haqqımızın alınaraq bizə verilməsində bizə yardımçı olasınız. Öncədən sizə özümüz və ailəmiz adından təşəkkür edirik. Bərdə rayon sakini Hüseynov Ramiz Alış oğlu. (42500 manat borc) tel: 050 – 704 – 81 – 02 Qobustan rayon sakini İbrahimov Bəhmən Mehralı oğlu. (6200 manat borc) Bərdə rayon sakini Həsənov Faiq Yadigar oğlu. (32000 manat borc) Mehdiabad qəsəbə sakini Məmmədov Vasif Vaqif oğlu. (8600 manat borc) Bakı şəhər Bozovna qəsəbə sakini Yunusov Babək Balabəy oğlu. (38000 manat borc) Sabunçu rayon Kürdəxanı qəsəbə sakini İbrahimov Fuad Qurban oğlu. (10500 manat borc) 050 – 371 – 42 – 73". Yazıda adıçəkilən şəxslərin və şirkətin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |