Əsas Səhifə > Gündəm, Manşet > Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur...

Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur...


6-05-2016, 08:39
Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur...
Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən Şəmsəddin Hacıyevin çıxarılması orada bir çox dekan və vəzifəli şəxslərin işini itirməsinə gətirib çıxardı. Bu kadr dəyişməsi onunla izah olundu ki, universitetdə şəffaf mühit yaratmaq vacibdir, dekanlar bu səbəbdən işdən çıxarılır. İndi aradan iki ilə yaxın müddət keçməsi şərtləndirir ki, rektor Ədalət Muradov ADİU-da hansı uğurlara imza atıb,fikirləri irəli sürülsün.

Hamı bilir ki, yaxın bir ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası ADİU kimi yazılırdı. Hazırda abreviatura UNEC-lə əvəzlənib, bu düzdürmü?! Allah xatirinə, səhvlərə bəraət qazandırmaq üçün bircə deməyin ki, bunu beynəlxalq brendin qaydalarına uyğunlaşdırmaq üçün etmişik. Həmin təqdirdə qayıdıb deyərlər ki, brend olmaq istəyirsinizsə, tələbələrin bilik səviyyəsini qaldırın, universitetdə rüşvəti yığışdırın. Belə demək mümkündürsə, universitetin rektoru Ədalət Muradov dünyada gedən təhsil proseslərində kül halında iştirakını əməli sübutu olan işi ilə həyata keçirib, fərqlənə və bu səbəbdən ADİU-nu brend edə bilərdi. Hazırki halda UNEC heç nəyi dəyişmir,desək yanılmarıq. Yəni, dünyada öndə olan iqtisadi universitetlərin sırasında yer almaq istəyiriksə, təhsilin keyfiyyəti dəyişib ADİU-da ilk növbədə şəffaflıq təmin olunmalı idi. Bununla bir çox universitetlərin həm tərəf müqabili olar, həm də kadr yetişdirilməsi baxımından tərəfimizə çəkə bilərdik. Belə deyək, müasirlik adın, geyimin, həyat tərzinin yeni qaydalarla nizamlanması olmadığı kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası UNEC-lə əvəzlənməsi də heç nəyi dəyişmir.

Biraz əvvəl qeyd etdiyimiz kadır məsələlərinə gəlincə deməliyik ki, ADİU-da Beynəlxaq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mansur Barxudarovla əvəzləndi. Faktinfo.az saytının əldə etdiyi məlumatlardan aydın olur ki, BİM fakültəsinin dekanı xüsusi göstəricilərinə görə deyil, Ədalət Muradovun tələbə yoldaşı olduğu səbəbi ilə universitetin aparıcı fakültəsinə dekan təyin olunub. Eləcə də, Biznes İnzibatçılığı fakültəsinə Zülfüqar İbrahimov, Maliyyə və Uçot fakültəsinə Gəray Musayev, Kommersiya fakültəsinə Mirağa Əhmədov dostluq, yaxınlıq münasibətləri əsas götürülərək dekan təyin olunublar.

Saytın əldə etdiyi məlumatlarda o da əksini tapır ki, bir çox dekanların işdən çıxarılmasına rəğmən yerliçilik baxımından Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanov, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov və başqaları vəzifələrini qoruya biliblər. Hətta, bəziləri daha irəli çəkilib. Məsələn, Magistratura Mərkəzinin direktoru vəzifəsinə Qabil Manafov təyin edilib. Buna qədər Qabil Manafov Kommersiya fakültəsinin dekanı olub.

Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor vəzifəsini hazırda rektora yaxın şəxs icra edir. Bütün bunlar ona görə edilib ki, “ev bizim, sirr bizim” prinsipinə əsaslansın, universitet daxilindəki informasiyalar kənara çıxarılmasın. Amma göründüyü kimi, elə olmadı və bu gün ictimaiyyət bilir ki, ADİU-da Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rüşvət “mexanizmi”nin başında dayanır. Bütün qaranlıq işlərin “qəbulu” və “emalı” məsələlərini uğurla icra edir. Universitet daxili sessiya imtahanları tələbələrə demək olar ki, dərs müddəti dövründə əlavə ballar yazılmaqla imtahanlara qədər yekunlaşdırılır. Universitet daxili qiyabidən əyani şöbəyə tələbənin keçirilməsi 3000 manat, dövlət imtahanlarının qiyməti 3000-5000 manat aralığında dəyişirsə, ADİU-nun UNEC-lə əvəzlənməsi nəyi dəyişəcək?! Və yaxud, semest imtahanları tələbəyə 1000-1500 manata başa gəlirsə, Dərbənd filialından tələbələrin universitetə “perevodu” 30-35 min manat səviyyəsində müəyyənləşibsə və 15-20 fənn imtahanından biri üçün tələbə 800 manat civarında ödəməlidirsə, beynəlxaq brend olmaq bu qədər asandırmı?! Qəribəsi də odur ki, bu işlərə Damət Bağırov rəhbərlik edir. Yəqin, o zənn edir ki, ictimaiyyət bir müddət əvvəl Dərbənd filialının özünü asaraq intihar etdiyi müəlliməsi Minə xanım və onun ətrafında cərəyan edən hadisələri unudub. Hesab edirik ki, fikirlərimizi uzatmaq, bu barədə uzun-uzadı danışmaq olar. Amma qəbul edək ki, hər şeyin ictimailəşməsini gördükdən sonra Ədalət Muradov Damət Bağırovu da prorektorluqdan uzaqlaşdıracaq, sükan arxasına Eldar Azadov keçəcək. Təki, biz yanılmış olaq.
Fuad İsgəndərov
Faktinfo.az

Geri qayıt