Əsas Səhifə > Gündəm, Manşet > Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında26-04-2016, 08:16 |
Azərbaycan bütün dünyada tolerant ölkə və heç bir vətəndaşına qarşı milli-ayrı seçkilik tətbiq etməyən dövlət kimi tanınır. Bu barədə bir çox ölkələrin dövlət başçıları, o cümlədən, beynəlxalq təşkilatların rəhbərləri də xüsusilə vurğulayıblar. Dövlət başçısı İlham Əliyev də hər zaman milli və dini azlıqlara qarşı ədalətli yanaşmanın tərəfdarı olub. Eyni zamanda, Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, məmurlar bizneslə məşğul olmamalı, açıq və ya gizli şəkildə hər hansı sahibkara xüsusi himayədarlıq etməməlidir. Lakin təəssüflər olsun ki, dövlət başçısının bu və digər tapşırıqlarına bir sıra məmurlar tərəfindən əməl olunmur və onlar mənfəət naminə müxtəlif işbazları himayə edir, hətta onlarla birlikdə ortaq biznes də qururlar. Belə hallarda isə həm Azərbaycan qanunları, hətta ölkəmizin beynəlxalq imici belə arxa plana keçir. Qafqaz Xəbər Agentliyi olaraq, bu cür hallara qarşı daim mövqeyimiz aydın olub və hər hansı şikayət olduqda balansı qorumaqla ictimaiyyəti məlumatlandırmağa çalışmışıq. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Almaniyada yaşayan gəncəli iş adamı Elxan Yaşar oğlu Axundov Bakıda məmurlarla ortaq olan işbazlar tərəfindən aldadıldığını və nəticədə anası, yəhudiəsilli Marus Yevda qızı Axundovaya məxsus mənzilin mənimsənildiyini bildirib. E.Abbasov Qafqaznews.az-a bildirib ki, 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azərbaycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub. Şikayətçinin sözlərinə görə, Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var. “O, mənə təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 25 min avro oldu. Hər birimiz 50 faiz pay şəriki sayılırdıq. Bakıya gələndə Sidqi məni Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış etdi, birlikdə yeyib-içdik. Sidqi biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu dedi. Bir müddət sonra mənə təcili pul lazım oldu, Sidqidən 30 min manat borc istədim. O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq. Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faiz ödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb. Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və əmisioğlunun xeyrinə qərar çıxararaq, evi onun adına keçirib. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”. Biz Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarına nəzər saldıq. Maraqlıdır ki, hakim də Hümbətov soyadı daşıyır – Etibar Zülfüqar oğlu Hümbətov. Nəsimi Rayon məhkəməsinin rəsmi saytında bildirilir ki, 1971-ci ildə doğulan E.Hümbətov 2000-ci ildə Naxçıvan Dövlət Universitetində bakalavr təhsili, 2005-ci ildə isə Bakı Dövlət Universitetində magistratura təhsili alıb. Hüquqşünas kimi isə E.Hümbətov 1993-cü ildən çalışıb və 2008-ci ildə Penitensiar Xidmətin 2 saylı Xüsusi müəssisəsi rəisinin növbə üzrə köməkçisi vəzifəsindən birbaşa Nəsimi RM-in hakimi keçib. Adıkeçən Sidqi Abbasovun mövqeyini də öyrənməyə çalışdıq. S.Abbasov bizə bildirdi ki, E.Axundovun sözləri həqiqəti əks etdirmir: “Mən Almaniyada avtomobil şirkəti yaratdım, bu yoldaşı da Almaniyada yaşayan gəncəli kimi tanıtdılar mənə. Ona etibar edib bu şirkətə direktor qoydum, o da mənim alman dili bilməməyimdən istifadə edib özünü 50 faizlik şərik qoşdu. Özünün orda oturumu da yox idi, bu şirkətdən istifadə edib oturum izni aldı. Sonra mənim get-gəl problemim olduğuna görə, istifadə elədi, məni ziyana saldı. Bir türk də var idi. Mən ondan 100 mindən artıq borcun hesabını soruşanda türkün boynuna atdı. 26 min avronu boynuna aldı, notariusla boyun oldu ki, hər ay 2 min avro ödəməklə o pulu geri verəcək. Birinci aydan da bir manat pul vermədi. İndi də yerini dəyişib, məhkəmə onu tapa bilmir ki, şirkəti də bağlayaq ”. Ev məsələsinə gəldikdə isə, S.Abbasov təzə tanış olduqları vaxtda bildirdi ki, E.Axundov ondan 30 min borc istəyib. “Onda 1 manat 1 avro idi. Mən ona dedim ki, mənim lombardım var, amma lombardda 6 faizdir, dostum kimi sənə 1 manat əlavə faizsiz belə 30 min manat tapıb verərəm. Amma ehtiyat tədbiri olaraq, onunla ipoteka müqaviləsi bağladıq. O, birotaqlı evi girov qoyub, amma bu evi çıxardılar hərraca, 51 min manata alan olmadı. Mən deyirəm ki, evi istəmirəm, 30 min manatı gətir ver, onu da etmir”. S.Abbasov həmçinin Olimi də tanımadığını vurğulayıb.Bu telefon danışığından sonra Elxan Axundovla əlaqə saxladıq.“Mən ondan qaçmıram, qanun çərçivəsində, məhkəmə səviyyəsində o insanla görüşməyə hazıram. O, rus vəkil də tutub, məni günahkar çıxarmaq istəyir. Ağlı Azərbaycandakı bəzi hakimlərə getməsin, anamın iştirakı olmadan məhkəməylə evini əlindən alıblar. Almaniyada belə şey baş tutan deyil. Məndən “podstavnoy litso” kimi istifadə edirdi, mən o şirkətdən normal maaş da almırdım. 11-12 aydan sonra, dövlətə borcu ödəmədən nizamnamə kapitalını da götürüb getdi. 10800 öz cibimdən verdim ki, dövlətə borc üzərimdə qalmasın. Əvvəl hər il oturum alırdım, daimi oturumu isə keçən il noyabrda almışam, öz nəqliyyat şirkətimə görə. Özüm o şirkətdə sürücü işləyirəm. Təmiz aylıq maaşım 1980 avrodur, ancaq o maaşa baxandan sonra mənə daimi oturum veriblər. Bu adam özünü dindar kimi aparır, amma dini-imanı olan adam sələmə pul verər? Sidqi sələmçidir. Bir dəfə özüm şahidi olmuşam. Yaşlı bir qadın gəldi ki, 8 aydır aybaay borcumu gətirib verirəm, bu ay imkanım çatmır, qızılları girovdan tutmayın. Bu dedi olmaz. Qadın özümü yandıracam deyəndə, Sidqi gülüb dedi ki, “lazımdısa benzini özüm verim”. Sidqi belə adamdır”, – deyə E.Axundov qeyd edib. Mövzu diqqətimizdədir, araşdırmanı davam edirik. Adıkeçən bütün tərəflərin mövqeyini dərc etməyə çalışacağıq. Geri qayıt |