Əsas Səhifə > Gündəm > Keçmiş icra başçısı məhkəmə zalında həbs edildi
Keçmiş icra başçısı məhkəmə zalında həbs edildi20-04-2016, 12:02 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, R.Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o həbs edilib. Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Geri qayıt |