Əsas Səhifə > Gündəm, Manşet > Sabunçu rayonunun "Şevrole" ləqəbi ilə tanınan icra başçısı və...

Sabunçu rayonunun "Şevrole" ləqəbi ilə tanınan icra başçısı və...


15-04-2016, 08:44
Sabunçu rayonunun "Şevrole" ləqəbi ilə tanınan icra başçısı və...
Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin adı rayonun iş adamlarına qarşı müxtəlif təzyiq üsullarından istifadədə hallanır. Bu barədə bir müddət öncə ölkə rəhbərliyinə edilmiş kollektiv müraciətdə bəhs olunurdu. Söhbət rayon ərazisində yerləşən ticarət obyektlərinin yenidənqurma abadlıq işləri bəhanəsi ilə sökdürülməsindən gedir. Bunun nəticəsində boş qalan torpaq sahələri "auksyon" üsulu ilə hərraca qoyularaq daha imkanlı və "səxavətli" iş adamlarına satılır. Rayonun Bakıxanov qəsəbəsində yaşıllıqların məhv edilməsi prosesi isə davam edir. Qəsəbədəki əksər parkların ərazisi satılıb, yerində tikinti gedir. Səməd bəy Mehmandarov prospektindəki uşaq meydançaları da eyni aqibət yaşayıb. Rayonda yerləşən iri və orta sahibkarlıq subyektlərinin sahibləri icra aparatının rəsmi sifarişi ilə aparılan abadlıq işlərinin maddi yükünü də çəkmək məcburiyyəti qarşında qalıblar. Halbuki sözügedən işlərə dövlət büdcəsindən kifayət qədər maddi vəsait ayrılıb. Son məlumatlardan birində Sabunçunun icra başçısının Hacı Fərhada məxsus Bakıxanov bazarı kimi tanınan "tolkuçka"nın söküləcəyi bildirilirdi. Həmin ərazidə yeni göydələnlərin tikilməsi planlaşdırılırdı.Lakin, yaranmış maliyyə problemləri üzündən bu işlərə hələlk start verlmədi. Eyni zamanda, 8-ci km. qəsəbəsinə gedən yolun ətrafında sakit guşədə Adil Vəlyevin təxminən bir neçə hektar ərazini zəbt edərək tikinti işləri apardığı üzə çıxıb. Maraqlıdır ki, icra başçı əsas tikinti layihələrini əsasən köhnə kompanyonlarına etibar edir. Məlumat üçün bildirək ki, Adil Vəliyev 2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Şirkət "Porsche","Audi","Seat", avtomobil markalarının ölkəmizdə rəsmi dileri kimi avtomobil bazarında söz sahibliyinə malikdir. 2011-ci il tarixindən etibarən "Euro Style Ltd" şirkəti Volkswagen AG-nin Azərbaycanda eksklyuziv idxalçısı oldu. Bununla da satış imkanlarını daha da genişləndirə bildi. Adil müəllim Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra şirkətin fəaliyyətində rəsmi iştirakdan imtina etsə də, öz qeyri-rəsmi kurasiyasında saxlayıb.

Geri qayıt