Əsas Səhifə > Gündəm, Manşet > Mirdamət Sadıqov İsmayıllı camaatını yormağı bacardı...
Mirdamət Sadıqov İsmayıllı camaatını yormağı bacardı...13-04-2016, 08:39 |
İsmayıllı rayon sakinləri bu gün sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir, bir sıra yerli məmurların kobud rəftarı, qanundankənar hərəkətləri ilə üz-üzə qalır. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əhalinin dərd-səri, qayğıları ilə maraqlanmaq, mövcud problemlərin həllinə çalışmaq əvəzinə müxtəlif yollarla şəxsi maraqlarını təmin etmək, yaxınlarının nəzarətində olan biznes şəbəkəsini daha da genişləndirmək üçün çaba sərf edir. Elə buna görə də ismayıllılar icra başçısı kimi onun fəaliyyətini tənqidlə qarşılayır, Mirdaməd Sadıqovun bu vəzifədən kənarlaşdırılacağı günü səbirsizliklə gözləyirlər. Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu gündən indiyədək rayonda elə də ciddi dəyişikliklərin olmadığını, əhalini narahat edən problemlərin gün keçdikcə daha da artdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgiyə görə, Mirdaməd Sadıqov rayonun tikinti sektorunu da tam nəzarətində saxlayır: «Deyilənlərə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin bir çoxunu məhz Mirdaməd Sadıqova yaxınlığı ilə seçilən «İsmayıllı Tikinti-27» ASC udur. Bu şirkətin tenderlərin qalibi elan olunması təbii ki, icra başçısı ilə ASC-nin rəhbərliyi arasında öncədən baş tutan razılaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Onu da nəzərinizə çatdırım ki, «İsmayıllı Tikinti-27» ASC bir çox dövlət layihəsinin icraçısı olub və bu zaman külli miqdarda vəsaitin «xərclənməsində» yaxından iştirak edib». Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Mirdaməd Sadıqovun 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışdığını, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edildiyini, 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində işlədiyini, 2013-cü ildən isə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, bir müddət öncə adıçəkilən rayonun mərkəzində istifadəyə verilən parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə başqa tikinti materiallarından istifadə olunub: «Deyilənlərə görə, həmin parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulub. Sözsüz, bu zaman bir xeyli vəsait icra başçısının büdcəsinə istiqamətlənib. Yeri gəlmişkən, qeyd edim ki, Mirdaməd Sadıqov iş otağında istifadə olunan mebelləri tez-tez dəyişdirməklə ad çıxarmış icra başçılarındandır. İdda olunur ki, icra başçısı köhnə mebelləri tenderlərə satış üçün saldırır və onları müvafiq sənədlərdə yeni adı altında rəsmiləşdirir. Təbii, bu yolla da xeyli vəsait silinir. Görünən odur ki, icra başçısı məhz bu cür üsullarla gəlirlərini artırır, biznes şəbəkəsini genişləndirir». Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, hazırda İsmayıllı rayon təhsil sisteminin də vəziyyəti arzuolunan səviyyədə deyil. Məhz elə bu səbəbdən də ötən il İsmayıllı rayonunun bəzi kəndlərindən ali məkəblərə qəbul üçün sənəd verənlərin bir nəfərinin belə, uğur qazanmadığını deyən məlumatlı şəxs həmin kəndlərin əksəriyyətində məktəblərin qəzalı vəziyyətdə olduğunu, əksəriyyətinin təmir olunmadığını bildirir: «Düzdür, Mirdaməd Sadıqov icra başçısı təyin olunduqdan sonra İsmayıllıda bir sıra işlər görüldü. Lakin görülən işlərin bir çoxu keyfiyyətsiz olduğundan bu gün faktiki olaraq rayoeda əsaslı təmir qurulucuş işlərinə böyük ehtiyac var. Ancaq bu, Mirdaməd Sadıqovun bacaracağı, öhdəsindən gələ biləcəyi məsələ deyil. Qeyd edim ki, hazırda İsmayıllıda yalnız mərkəzi küçə və prospektlər təmir olunub. Qalan ərazilər, əsasən də kənd yolları isə icra başçısının heç yadına da düşmür. Elə bu səbəbdən də əhali artıq onun və komandasının əlindən təngə gəlib. Görünən odur ki, İsmayıllı sakinləri Mirdaməd Sadıqovun rayondan gedəcəyi günü toy-bayram kimi qeyd edəcəklər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. gundelik-baku.com Geri qayıt |