Əsas Səhifə > Gündəm, Manşet > Bu kollec-molleclər nazirə çoxmu problemlər yaradacaq?..
Bu kollec-molleclər nazirə çoxmu problemlər yaradacaq?..9-04-2016, 10:37 |
Qəzetimizin ötən saylarında biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik. Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Məlumdur ki, kollec sitemində təhsil almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində, kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu gün Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Kollecin direktoru Bəxtiyar Bəxtiyarovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları isə, hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, kollecdə dözülməz vəziyyət yaranmışdır. Artıq qeyd olunduğu kimi, bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, bu gün kollecdə çeşidli qanun pozuntuları, müxtəlif korrupsiya halları baş alıb gedir. Kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər. Bildirilir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Mənbələrin iddialarına görə, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Onu da qeyd edək ki, imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Orta hesabla bir tələbə semestri 350-500 manat xərclə başa vurur. Tələbələr bildirirlər ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır... Qarşı tərəfin də məsələyə mümasibətini öyrənməyə hazırıq. Geri qayıt |