Əsas Səhifə > Gündəm > Azad edilən Talış yüksəkliyindən

Azad edilən Talış yüksəkliyindən


8-04-2016, 15:50
Azad edilən Talış yüksəkliyindən
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib hərbi qüvvələrimiz tərəfindən azad olunan Talış kəndi ərazisindəki yüksəklikdə olub.

Bu yüksəkliyinin çox böyük əhəmiyyət kəsb etdiyini, erməni silahlı birləşmələrinin çox zəif və gücsüz bir vəziyyətə salındığını söyləyən müxbir hazırda Ağdərə rayonunun Talış kəndinə ordumuzun nəzarət edə bildiyini qeyd etdi.

Kadrlarda Talış kəndinin girişinə basdırılacaq ünvan lövhəsi də yer alıb. Həmin lövhənin yeni gətirildiyini və tezliklə basdırılacağını Rahib Qərib əlavə etdi.

Hərbçilərin sözlərinə görə, əsgərlərimizin əzmi sayəsində bu yüksəkliklər azad edilib.

“Hazırda Tapqaraqoyunlu kəndi tam təhlükəsiz vəziyyətdədir. Bu kənd əvvəllər mütəmadi şəkildə düşmən atəşinə məruz qalırdı. Hazırda düşmənin Tapqaraqoyunluya atəş açması qeyri-mümkündür”, - deyə hərbçimiz bildirib.

Müxbirin sözlərinə görə, əvvəllər kənd camaatı hətta ölülərini belə dəfn edə bilmirdilər.

“Kəndin ətrafında divar çəkilmişdi. Artıq bu səddi ermənilər çəkməlidir. Çünki indi onların yaşadığı ərazilərə Azərbaycan ordusu nəzarət edir. Buradan Ağdərə rayonu Marquşavan kəndinə qədər əraziləri tamamilə müşahidə etmək mümkündür. Ordumuz yüksəklikdə istənilən silahdan istifadə edib düşmənin digər bölmələrinə zərbə endirməyə hazırdır. Ermənilər hazırda qorxu altında yaşayırlar. Çox güman ki, onlar tezliklə bu mövqeləri tərk etdilər”, - deyə Rahib qərb bildirdi.



Geri qayıt