Əsas Səhifə > Gündəm, Manşet > Jurnalistlər ali baş komandana və müdafiə nazirinə müraciət etdilər
Jurnalistlər ali baş komandana və müdafiə nazirinə müraciət etdilər4-04-2016, 08:33 |
DİA.AZ: - "Əmr etdiyiniz andan fəaliyyətimizi dayandırıb bir əcgər kimi torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hazırıq". Bu sözlər bir qrup sayt rəhbəri və tanınmış jurnalistlər tərəfindən prezident İlham Əliyevə müdafiə naziri Zakir Həsənova ünvanlanmış müraciətdə yer alıb. DİA.AZ bildirir ki, durmadan sıraları genişlənən müraciət müəllifləri daha sonra qeyd edirlər: "Cənab prezident, Ali Baş Komandan! Cənab Nazir! İllərdir biz də bu ölkənin vətəndaşları olaraq Böyük Savaş gününü səbirsizliklə gözləmişik. Bu gün bizlər torpaqlarımızın azadlığı yolunda böyük fürsətin yarandığını və bu şəraitdə daha böyük qələbələri əldə edə biləcəyimizə ümidli olduğumuzu bildirir, qeyd etdiyimiz prosesdə - yəni SAVAŞDA iştirak etmək istəyində olduğumuzu bəyan edirik. Cənab Ali Baş Komandan, cənab Nazir! Ümid edirik ki, bu müraciətimizi səmimi qəbul edib, gərəkən anda səfərbər olmağımız üçün göstəriş verəcəksiniz! Tanri Sizləri, Əsgərlərimizi, Millətimizi və Vətənimizi Qorusun!! Geri qayıt |