Əsas Səhifə > Gündəm, Manşet > Ucarda mədəniyyət adına rəzalət...

Ucarda mədəniyyət adına rəzalət...


29-03-2016, 10:56
Ucarda mədəniyyət adına rəzalət...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Alı Babayev dövlət əmlakını talamaqla yanaşı yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunda mədəniyyət işləri tamamilə iflic vəziyyətə düşmüşdür.Bəlkədə Azərbaycan Respublikasında Alı Babayev qədər dövlət vəsaitini talayan ikinci belə bir vəzifəli şəxs yoxdur.Rayon ərazisində yerləşən kulublar, mədəniyyət evləri, kitabxanalar tam yararsız vəziyyətdədir, bir neçəsi isə vətəndaşlara icarəyə verilmiş onlar tərəfindən təmir edilib çayxana, yeməkxana kimi fəaliyyət göstərir. Ancaq klubların, kitabxanaların, mədəniyyət evlərinin təmiri üçün dövlət tərəfindən ayrılan pullar təyinatıı üzrə xərclənmədən Alı Bbayev tərəfindən talan edilir.Alı Bbayev başqasının adına MMC yaradıb saxta tender oyunu keçirib qalib olub alınan ləvazimatlara şişirdilmiş qiymətlər tərtib etməklə milyonlarla manat pul mənimsəyib ki, bütün bu talançılıqlar obyektiv araşdırılarsa təsdiqin tapacaq.Ucar yeddillik Uşaq İncəsənət Məktəbində uşaqların musiqi təhsili alması qətiyyən düz deyil çünki burada olan antisanitariya və qəzalı vəziyyətdə otaqlar onların həyat və sağlamlıqlarını ciddi təhlükə altında qoyur.Rayon ərazisində yerləşən kulublara, mədəniyyət evlərinə gəlib baxan olsa dəhşətə gələr".

Daha sonra narazı ucarlılar dia-az.life-a yazırlar: "Çəkilmiş video faktı və bir neçəsinin fotoşəkilllərini Azərbaycan ictimaiyyətinə təqdim edirik.Dəhşətli və acınacaqlı vəziyyətə baxın görün burada hansı mədəniyyətdən söhbət gedə bilər.Fəaliyyəti olmayan istifadəyə yaramayan hər bir kulubda, mədəniyət evinndə adı yazılan ancaq özləri işə gəlməyən çoxlu sayda işçilər olsada onların maaş kartları korrupsioner Alı Babayevin cibindədir.Tam yararsız olan kulublara, mədəniyyət evlərinə real qiyməti 18 manata olan ancaq 50 manata sənədləşdirilən oturaq stollarının alınması nəyə gərəkdir ? Ancaq Alı Babayev kimi talançının cibini doldurmağa ! Hansı ki, həmin oturacaq stolunun hazırda bazarda satış qiyməti 18 manatdır.Bura dəftərxana ləvazimatlarını, mebelləri, musiqi alətlərini və digər invertarların da şişirdilmiş qiymətlərini əlavə etmək olar.Zərurət var ki, bu talançı Alı Babayevin korrupsiya əməlləri yerində obyektiv təftiş edilib məsuliyyətə cəlb edilsin.Ucar rayon Mədəniyyət və Turizim Şöbəsinin əsas binasında Yavər Mehdiyev adlı şəxs gözətçilik etsə də,saxtakarlıq yolu ilə "Riyad" Mühafizə Xidməti ilə şişirdilmiş qiymətələ müqavilə bağlayıb il ərzində buna görədə dövlətin küllü miqdarda vəsaitini mənimsəyirlər.Sual olunur ki, bir binaya bir nəfər gözətçilik edirsə "Riyad" Mühafizə Xidməti ilə əlavə müqavilə bağlamaq nəyə lazımdır ? Respublika üzrə keçirilən nağara ifası üzrə yarışmada qalib olan Taleh Məmmədova nazirlik tərəfindən təyin edilən diplomun özünə verilməsi üçün Alı Babayev ondan rüşvət istəyib imkanı olmayan musiqiçi diplomunu ala bilməmişdir. Alı Bbayev talançiliqla əldə etdiyi kapital hesabına Bakı şəhərində bir neçə mənzillərə, bahalı maşınlara, ticarət obyektlərinə, mal-qoyun fermasına və digər qiymətli əmlaklara sahib olmuşdur.Təbii ki, bütün bu çirkli işləri başaq -başqa şəxslərin adına rəsmiləşdirmək yolu ilə.Mədəniyyətdən tam uzaq olan və bu talançılıq fəaliyyəti ilə rayonun mədəniyyət işlərini iflic edən şəxsi Mədəniyyət və Turizim Naziri cənab Əbülfəz Qarayevin vəzifədə saxlamasına ucarlılar çox təəcüblənirlər.Dövlət vəsaitini qorumaq və Ucar camaatının mədəniyyətini özünə qytarmaq üçün Alı Babayev kimi talançı tutduğu vəzifədən kənarlaşdırılmalı və barəsində qanunu tədbirlər görülməlidir.Artıq bu talançılıq faktı barədə müvafiq orqnlara şikayət ərizələri göndərmişik.Cənab Əbülfəz Qarayev xahiş edirik gəlin Ucar rayonunda deyilənləri gözünüzlə görüb qiymət verin.Həmçinin çəkilmiş video fakta baxın görün Ucar rayon mədəniyyətini bu korrupsioner Alı Babayev nə hala salıb.
1) Purqafari Azər Ələsgər oğlu
2) Əliyeva Nərgiz Baba qızı
3) Soltanov Fərid Adil oğlu
4) Rzyev Sahib Çingiz oğlu
5) Əhmədov Qadir Amil oğlu
6)Səmədova Zeynəb Nazim qızı"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Ucarda mədəniyyət adına rəzalət...
Geri qayıt