Əsas Səhifə > Gündəm, Manşet > Çimərlik qumundan milyonlar qazanan MTN generalı...
Çimərlik qumundan milyonlar qazanan MTN generalı...26-03-2016, 09:26 |
Moderator.az - a ləğv edilən MTN - nin Maddi - Texniki Təminat Baş İdarəsinin rəisi general Nizaməddin Həmidovla bağlı maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan informasiyada deyilir ki, Mahmudov komandasına mənsub general Goradil - Novxanı çimərliyi ərazisində dənizkənari zolaq və yaxın bağ massivlərindən tonlarla qum daşıtdıraraq Bakı və ətraf tikinti məntəqələrinə göndərib. İşin qəribə tərəfi isə odur ki, N.Həmidov bu işə cəlb edilən ağır texnikaların üzərinə “MTN” sözü yazdıraraq onların maneəsiz hərəkətini təmin edib: “N. Həmidov Goradil çimərliyində sahibi olduğu “Abşeron – Marina” restoranının yaxınlığındakı ərazilərdən tikinti məqsədi ilə traktorların köməyi ilə yüz tonlarla qum çıxararaq çoxsaylı “Kamaz”ların vasitəsi ilə Bakı və ətrafındakı tikinti meydançalarına daşıdaraq bundan külli miqdarda qazanc əldə edib. Sabiq MTN generalı qanunsuz qum çıxarılmasına cəlb edilən texnikaya müvafiq qurumların müdaxilə etməsini əngəlləmək, prosesə qanuni don geyindirmək üçün traktor və “Kamaz”ların parpresinə “MTN” sözü yazılan xəbərdaredici kağız yapışdırıb ki, bu da məlum mənzərəyə şahid olan insanların təəccübünə səbəb olub. Ölkənin təhlükəsizliyinin qorunmasına məsul olan nazirliyin təmir - tikinti prosesinə cəlb edilməsinin, traktorların və avtomobillərin üzərinə güc orqanının adının yapışdırılmasının arxasındakı məntiqi heç cür anlaya bilməyən sadə vətəndaşlar o zaman bunu Azərbaycan reallığına məxsus çoxsaylı qəribəliklərdən biri kimi qəbul edib”. Mənbənin sözlərinə görə, “MTN” yarlıqlı ağır texnika MTN - dəki məlum "yarpaq tökümü"ndən cəmi bir müddət öncə qəfil peyda olduğu kimi qəfil də yoxa çıxıb... Geri qayıt |