Əsas Səhifə > Gündəm, Manşet > Ağdaş sakinləri satdıqları süpürgənin pulunu belə ala bilmirlər...

Ağdaş sakinləri satdıqları süpürgənin pulunu belə ala bilmirlər...


14-03-2016, 08:29
Ağdaş sakinləri satdıqları süpürgənin pulunu belə ala bilmirlər...
DİA.AZ: - Redaksiyamıza müraciət edən Ağdaş rayon sakinlərinin şikayəti Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinin müdiri Əli İmaməli oğlu Məmmədovdandır. 13 ailə adından DİA.AZ-a edilən müraciətdə qeyd olunur ki, onlar qeyd olunan dövlət qurumuna 60 min ədə süpürgə satsalar da, hələ də pullarını ala bilməyiblər.

Əsasən imkansız olan bu ailələrin nümayəndələri dəfələrlə Əli Məmmədovun qapısını döysələr də 1 ədədini 25 qəpiyə satdıqları süpürgənin pulu verilməyib. DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur:

"Biz Gəncə şəhər MKT-nin əvvəlki rəhbərliyindən - Elmar Əzizovdan bizə çatmalı olan 15 min manat pulun 10 min 300 manatını alsaq da, yeni rəhbərlik yerdə qalan 4700 manatın ödənilməsindən imtina edir. Halbuki ilk əvvəl pulumuzu verəcəyini bildirmişdi".

Şikayətçilərin sözlərinə görə, kasıb kəndlilərə pulu ödəməkdən imtina edən Əli Məmmədov bildirirb ki, istənilən yerə şikayət edə bilərlər: "Xahiş edirik bizə kömək edin və bu bayram ərəfəsi bizim ailələri sevindirin".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt