Əsas Səhifə > Gündəm, Manşet > Şəkidə xəstələnmək qəti qadağandır...

Şəkidə xəstələnmək qəti qadağandır...


12-03-2016, 10:41
Şəkidə xəstələnmək qəti qadağandır...
Redaksiyamıza bu gün də Şəkidən daxil olmaqda davam edən məlumatlarda vurğylanır ki, rayonun səhiyyə sahəsində artıq çoxdan formalaşmış son dərəcə bərbad vəziyyət eynilə olduğu kimi qalmaqda davam edir. Bu xüsusda aldığımız məlumatlar əsasında qəzetimizin ötən saylarında da Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) və rayonun bir çox digər tibb müəssisələrinin fəaliyyətlərində yer almış ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlarda ilk RMX-nın baş həkimi Məcid Əliyevin törətdiyi çeşidli korrupsiya hallarından bəhs edilir. Bildirilir ki, bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Şəki səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir. Bu səbəbdən də rayonda əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məqamlardan biri kimi çıxış edir. Daxil olan məlumatlarda Şəki RMX-nın xüsusilə doğum və cərrahiyə şöbələrində vəziyyətin son dərəcə təhlükəli fəsadlara yol aça biləcək durumda olduğu vurğulanır. Həm də xüsusi olaraq xəstəxananın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Ruziyyə Hüseynova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 300-400 manata başa gəlir. Digər tərəfdən də doğum şöbəsində bura gələnlərə göstərilən tibbi xidmətin səviyyəsi ümumilikdə xəstəxanada olduğundan qətiyyən fərqlənmir. Yəni bu xidmətlər arzuolunandan xeyli aşağıdır. Hətta bəzi mənbələrin iddialarına görə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirmək istəyən hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar da burada qeyri-peşəkar həkimlər tərəfindən aparılır. Daha sonra məlumatlarda bildirilir ki, Məcid Əliyev raon səhiyyəsinə ayrılan külli-miqdarda dövlət vəsaitlərinin də mənimsənilməsinə şərait yaradır: “Şəki səhiyyəsinə ayrılan vəsaitlərin silinməsinə nəzər yetirdikdə, əslində yarasız kənd sahə xətəxanalarının və tibb məntəqələrinin hesabına hər il yüz minlərlə manat vəsaitlərin silinərək mənimsənildiyi üzə çıxır. Son bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasına 1,3 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi əsaslı və cari təmir işləri, avadanlıq və inventarların, ərzaq mallarının alınması, mətbəə xidmətləri və digər xərclər bəhanəsilə mənimsənilib. Sənədlərdə təkcə bir ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının nə az, nə çox, tam 105 min manatlıq dəftərxana ləvəzimatları işlətməsi qeyd olunub. Kəndlərdə tibb ocaqları uçuq-sökük daxmalardan ibarət olan Şəki Rayon Mərkəzi Xəstəxanasının bir ildə yüz min manatdan artıq dəftərxana ləvazimatının işlətməsi doğurdan gülünc görününr və bu, açıq korrupsiya faktı kimi dəyərləndirilə bilər...”
Amma bütün bunlara paralel olaraq, istər göhnə, istərsə də yeni məlumatlarda Şəkinin təkcə səhiyyəsinin deyil, həmçinin mədəniyyət və təhsil kimi sahələrinin də eyni bərbad vəziyyətdə olduğu və buna görə şəhərin icra başçısının müavini, Şəki ŞİH-nin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadovanın məsuliyyət daşıdığı vurğulanır. Bildirilir ki, məhz Zərinə Cavadovanın kurasiyasına daxil olan Şəkinin əksər tibb müəssisələrində davamlı olaraq müxtəlif pul yığımları, ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda maxinasiyalar və digər korrupsiya halları həyata keçirilir.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt