Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası
İcra başçısının qoçuları ilə vətəndaşın əlbəyaxa davası8-03-2016, 10:08 |
Sabunçu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən 30 yaşlı Əli Mirzəbəyov haqsızlıqla qarşılaşdığını deyir. Belə ki, vətəndaşın cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətinin əməkdaşları tikiliyə icazə vermək üçün ondan 3 min manat rüşvət istəyiblər. Pul verməyəndə isə evini sökdürüblər: “Dedim, cəmi 5 min manatım var, ona da evimi tikdirəcəm. Gəl sənə 500 manat verim. Fəhləyəm, pulu zülmlə qazanıram. Özümdə də kənd sovetinin ev tikdirmək üçün sənədi var. Gəlib evimi sökdülər”. Məsələ ilə bağlı İcra Hakimiyyətindən rəsmi mövqe öyrənmək mümkün olmayıb. Vətəndaşla İcra Hakimiyyətinin işçilərinin dava-dalaşla keçən qarşıdurmasını, onların arasında gedən pul mübahisəsinin detallarını dia-az.life olaraq aşağıdakı video ilə diqqətinizə çatdırırıq: Geri qayıt |