Əsas Səhifə > Gündəm, Manşet > Cənab nazir, Ucara bir nəzər yetirin...
Cənab nazir, Ucara bir nəzər yetirin...3-03-2016, 08:22 |
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən DİA.AZ -a şikayət məktubu ünvanlanıb. Bir neçə nəfərin imzaladığı müraciətdə deyilir: "Biz yoxsulluq həddində yaşayan Ucar rayon sakinlərinin yoxsulluq həddindən də aşağı yaşamağımıza səbəb olan Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin müdiri vəzifəsini müvəqqəti icra edən Oruc Piriyevlə oranın əməkdaşı Hicran Məmmədovanın korrupsiya fəaliyyətini bizim iştirakımızla hərtərəfli və obyektiv araşdırılmasını xahiş edirik.Bu korrupsionerlər bizim kimi yoxsulların haqqını yeyib kapital toplamaqla məşğuldular ki, nəticədə də bizim ailəmiz acından ölməkl təhlükəsi qarşısındadırlar.Bu şikayətə imza edənlərin hamısı bir neçə ay öncə sosial yardım almaq üçün Ucar rayon Sosial Müdafiə Mərkəzinə qanunu qaydada sənədlər təqdim etmişikdik.Bizim qarşımızda Oruc Piriyevlə, Hicran Məmmədova şərt qoydular ki, ya əvvəlcə 800 manat verməlisiniz yada 6 ay sosial yardım kartı bizdə qalacaq.Biz buna razı olmadıq deyə gələn ay sənədləriniz göndəriləcək deyə-deyə bizi aldadıb dünən bizi çağırıb sənədlərimizi özümüzə qaytardılar ki, artıq komputer sistemi ilə sənəd qəbulu başlayıb deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədləri qəbul etmədi.Əslində isə yuxarıda göstərdiyimiz kimi bu korrupsiyaya qurşanmış Oruc, Hicran cütlüyünün şərtləri ilə razılaşmadıq deyə bizim sənədləri uzun müddət saxlayıb özümüzə qaytardılar.Bu açıq aşkar cinayət faktıdır ki, yoxlanılmasına zərurət var". Daha sonra dia-az.life-a daxil olan məktubda eyd olunur: "Şəxsən çoxlusayda adamlar tanıyırıq ki, onlara qanunla ünvanlı sosial yardım düşməsədə Oruc-Hicran cütlüyü rüşvət alıb onlara yuxarı məbləğdə yardım təyin etdiriblər.Əgər bizim iştirakımızla Ucar rayonunda bu istiqamətdə araşdırma aparılarsa həmin siyahını təqdim edəcəyik.Həmin saxta "yoxsulların" bahalı avtomobilləri, mal-qoyun sürüləri,torpaq sahələri bir çox imkanları var ki, buna rayon sakinləri təəcüblənirlər.Bu cinayəti törədən Oruc-Hicran cütlüyü əməlli başlı kapitalistə çevriliblər.Oruc Piriyev Ucarın Qulabənd kəndinə yaşayır ancaq indi rayonun mərkəzindən 50.000 manata ev almaq istəyir ki, buna görə bir-neçə evə baxsada xoşuna gələni olmamışdır.Bu adamda hətda əqli çatışmamazlıq var deyə anormal hərəkətlər edir.Sizə təqdim etdiyimiz şəkildə O Heydər Əliyev Mərkəzindəki iclas zalında tribunanın üzərində oturub şəkil çəkdirib və bu şəkili utanmadan sosial səhifəsində paylaşmıışdır.Hansı ki, tirbuna hörmətlə yanaşılası bir yerdir.Gününü sərxoşluqla keçirən Oruc Piriyevə orta məktəb vaxtı sinifdə uşaqlar "dəli Oruc" deyiblər.O yaşadığı Qulabənd və qonşu Alpı kəndində saxta arayışlarla çoxlusayda adamlara qanunsuz olaraq ünvanlı sosial yardım təyin etmişdir kİ,siyahını yoxlamaya təqdim edəcəyik.Hansı ki, həmin arayışı kənd soveti sədri ilə əlbir olub alıblar ki, ailə tərkibini düzgün qeyd etməyiblər və komissiya zamanı göz yumublar.Belə oxşar saxtakarlıqları Hicran Məmmədovanında nəzarət etdiyi sahələrdə də edilib.Hicran Məmmədova çirkin yolla əldə etdiyi belə qazanc hesabına bahalı avtomobillara, möhtəşəm villalara sahib olmuşdur.Bizi isə qanunu halal haqqımızdan məhrum edib ailəmizi azyaşlı körpə uşaqlarımızı acından ölməyə məhkum ediblər.Xahiş edirik ünvanlı sosialı yardım alanların siyahısı olan internet səhifəsində Ucar rayon siyahısına baxın orada himayəsində iki azyaşlı uşağı olan Qarabörk kənd sakini Musayev Mirsafa Niyazı oğluna 10 manat 89 qəpik sosial yardım təyin edilmişdir.Hicran Məmədova ona 170 manat sosial yardım təyin edilməsi üçün 6 ayın pulunu istəmişdi, razı olmadığı üçün ona belə bir məbləğ yazılmışdır. Ancaq Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin işçisi Gülxarə xanımın bacısı oğlu İbrahimov Əfqan Xudayar oğluna 299 manat yardım təyin edilmişdir.Hansı ki, Əfqan İbrahimovun 18 yaşdan yuxarı iki övladı və böyük bir torpaq sahəsi var ki, onu qeydə aldırmayıblar. Ucar rayonu Rəstəcə kənd sakini Həsənova Əfsanə Fizuli qızının sənədləri 1 ildir Ucar rayon Sosial Müdafiə Mərkəzində olsada hələdə gözləyir .Sadəcə olaraq Oruc-Hicran cütlüyünə istədikləri rüşvəti verməyə imkanı yoxdur. Hüseynov Teymur Qnyaz oğlunun da 8 aydır sənədləri orada yatır.O,madi imkansızlığa görə xəstə uşağını müalicə etdirə bilmədiyi üçün azyaşlı dünyasını dəyişdi. Yenədə rüşvət verə bilmədiyi üçün Qazyan kənd sakini Sadıqova Gözəl Tərlan qızı 1 ildir sənədlərini versədə hələ gözləyir.Yoxsul Ucar sakinlərinə qənim kəsilimiş Oruc Piriyev və Hicran Hüseynova sosial yardım təyin edilməsi üçün çəkinmədən rüşvət istəyirlər və bu qanunsuzluqlarına belə don geyindirirlər ki, "qoyulan haqqı nazirliyə verməsək yardım təyin edilmir". Biz yoxsulluq həddindən də aşağı həddə yaşayan Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən bu korrupsioner cinayətkar cütlük barədə tədbir görməsini xahiş edirik. Cənab Prezident bu cinayətkarların fəaliyyəti yoxlanılıb məsuliyyətə cəlb edilməlidirlər.Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov mümkün olarsa şəxsən özü gəlib bu qeyd etdiyimiz faktları bizim iştirakımızla yerində yoxlasın bütün obyektiv həqiqətləri gözü ilə görsün.İnanırıq ki, korrupsiyaya qurşanmış Oruc-Hicran cütlüyünün bu qanunsuz əməllərindən Nazir cənab Səlim Müslümovun məlumatı yoxdur.Bu cinayətkar cütlük öz maraqlarına görə Naziri də hətda Prezidenti də aldadarlar.Cənab Nazir biz bu müraciətə imza edən yoxsulluq həddində yaşayan Ucar rayon sakinləri yolunuzu gözləyirik. Xahiş edirik müraciətimizi nəzərə alasınız. And olsun o bir olan Allaha, müqəddəs Qurana ki, şikayətimizdə yazdıqlarımız hamısı həqiqətdir.Biz sizə inanırıq, sizdən kömək gözləyirik. İmza; Ucar rayon sakinləri 1) Sadıqova Gözəl Tərlan qızı 2) Məmmədov Xanlar Akif oğlu 3) İbrahimxəlilov İntiqam Oruc oğlu 4) Abdullayev Zaur Vaqif oğlu 5) Musayev Mirsafa Niyazi oğlu 6) Hüseynov Teymur Qnyaz oğlu 7) Həsənova Əfsanə Fizuli qızı 8) Cəbrayılov Tural Malik oğlu 9) Həsənov Elşən Əli oğlu 10) Həsənov Nemət Nəbi oğlu" Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |