Əsas Səhifə > Gündəm, Manşet > "Azərişıq" işçilərindən qazaxlı sahibkara şok məsləhət...
"Azərişıq" işçilərindən qazaxlı sahibkara şok məsləhət...20-02-2016, 10:12 |
DİA.AZ: - Prezident İlham Əliyevin sahibkarlara daha genış şəraitin yaradılması haqqında verdiyi göstərişlər hələ ki, öz bəhrəsini vermir. İşi Dövələt məmurlarından aşan sahibkarlar üzləşdiyi çətinliklərlə bağlı Prezident İlham Əliev də başda olmaqla bir sıra nazirliklərə ünvanladıqları şikayət ərizələri cavabsız qalır, yaxud elə sahibkarların işini çətinə salanların üstünə ünvanlanır. DİA.AZ xəbər verir ki, Qazaxda tanınmış sahibkar Eldar Carçıyev Ermənistanla həmsərhəd olan rayonun Xanlıqlar kəndi ərazisində 120 nəfərin işləyəcəyi “Əhəng” zavodunun işə salınması üçün işıq problemi ilə üzləşdiyindən şikayətlidir. O, bu barədə məsələni aidiyyəti orqanlara bildirsə də dərdinə əlac edən tapılımır. “Əhəng” zavoduna işıq çəkilişi üçün nə az, nə çox 84.500 manat pul istənilir. Bu istək isə "Azərişıq"-ın məsul işçiləri Ziyaddın və Qədir adlı şəxslərin rüşvətxorluq və korrupsiyadan qorxmadıqlarından əmələ gəlir. Hər iki şəxs sahibkara bildirir ki, “bizimlə razılaşılmasa elə bir iş quracağıq ki, Sizin alacağınız texniki şərt 500 000 və ya 600 000 manat pula başa gələcək. Yəni işıq xəttini “Əhəng” zavodunun yerləşdiyi Qazax rayonundan deyil, öz hesabınıza Ağstafadan, ya da Tovuzdan çəkilişinə icazə verdirəcəyik. Bir də ki, əgər Qazax rayonu Ermənistanla həmsərhəddirsə, onda elə Ermənistandan işıq xətti çəkməyiniz daha məsləhətdir. Vəssalam!” Bəli, "Azərişıq"-ın səlahiyyətli nümayəndələrinin belə kobud cavabı, təbii ki, Prezident İlham Əliyevin sahibkarlara kömək edilməsi haqqında verdiyi göstərişlərdən sonra yaranmışdır. Yəni, bu gün sahibkarlara şərait yaratmağa borclu olan məmurlar öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək əvəzinə, maneçilik törədirlər. İşin 2-ci tərəfi isə, sahibkar Eldar Carçıyev bu məsələ barədə Prezidentə, İqtisadi İnkişaf Nazirliyinə, Milli Məclisə və digər aidiyyəti nazirliklərə rəsmi müraciət etsə də, etdiyi rəsmi müraciətlərə müvəssəl cavab ala bilməməsidir. Prezident İlham Əliyev yeni iş yerlərinin açılması haqqında göstəriş verdiyi halda, “Əhəng” zavodunda çalışacaq 120 nəfərin işıq xəttinə görə boş qalması acı gülüncdür. Belə çıxır ki, Prezidentin söylədikləri "Azərişıq" rəhbərliyini belə maraqlandırmır. Belə halda nə üçün günahkar şəxslər cəzalarına çatmırlar? Hər məsələdən xəbəri olan Prezident İlham Əliev yəqin ki, sahibkar Eldar Carçıyevə olan maneçiliyin aradan qaldırılması üçün aidiyyəti orqanlara son sözünü deyəcəkdir. Qarşı tərəfin də fikrini dinləməyə hazırıq. İlham Hacalı – DİA.AZ Geri qayıt |