Əsas Səhifə > Gündəm, Manşet > Nazirin Tovuzdakı kadrı işçilərin hüququnu pozur...
Nazirin Tovuzdakı kadrı işçilərin hüququnu pozur...19-02-2016, 08:39 |
DİA.AZ: - Ölkədə sahibkarlığın inkişafına bir daha önəm verən Prezident İlham Əliyev dövlət məmurlarını da onalrı incitməməyə çağırmış, hətta yoxlamaların 2 il müddətində dayandırılmasına tapşırıq vermişdir. Lakin bu heç də o demək deyil ki, sahibkar tamamilə cibinə işləməli, vergidən və sosial müdafiə fondundan gizlənməlidir. Məsələyə bu cür yanaşmaqda heç də səhv etmirik. Təxminən 3 aya yaxındır ki, Prezidentin tapşırıqlarına məmurların bir qismi əməl etsə də, sahibkarların özləri isə Dövlətə xeyir verməkdən yayınırlar. Etiraf etmək lazımdır ki, Prezident Dövlət mənafeyi üçün sahibkarların toxunulmazlığına qarant olmasına baxmayaraq, hələ ki, sahibkar yalnız öz mənafeyi namınə çalışır. Onu da qeyd etmək yerinə düşər ki, yoxlamaların müvəqqəti dayandırılması sahibkarların fəaliyyətində əmək qanunçuluğuna nəzarət mexanizminə də təsir edib. Bu minvalla regionlardakı əmək müfəttişləri sahibkarın istehsal müəssisələrində çalışan işçilərin əmək qanunlarının pozulmasına belə nəzarət edə bilmir. Eyni zamanda, əmək müfəttişləri mövcud tapşırıqdan şəxsi maraqları üçün istifadə erdirlər. Məsələn, 22 saylı Tovuz Regioonal Əmək Müfəttişliyi deyilənləri özündə tam əks etdirir. Belə ki, müfəttişliyə daxil olan ərizə və şikayətlərə lazımi səviyyədə reaksiya verilməyərək, ərizəçiyə boğazdan yuxarı cavab verilir. Üstəlik günühkar olan qarşı tərəfdən də məqsəd güdülür. Müfəttişliyə 1 ilə yaxın vaxtdır ki, müavin gətirilən Anar Vaqif oğlu Qocayev Dövlət qanunlarını kənara qoyaraq öz şəxsi qanunları ilə işləyir. Uzun müddət Qazax RİH-də referent işləyən Anar Qocayevin hələ də “vətəndaşların ərizə və şikayəıtlərinə baxılması haqqında” qanundan xəbəri yoxdur. Maraqlıdır, belə bir Dövlət məmuru necə vətəndaşı müdafiə edə bilər? Bu mühüm vəzifəyə irəli çəkilən Anar Qocayev heç bir attestasiyadan keçmədən, təlimatlandırılmaması şübhəlidir. Görünür, bu kadr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hansısa məmurun hesablna irəli çəkilb... Adicə bir misal: Qazax rayonunun Kommuna kəndində yaşayan Abdullayeva Bəsti Qara qızı bildirir ki, “mənim həyat yoldaşım Pulat sahibkar Mahmudi Poladxan adlı şəxsin fermasında işləyir. Həyat yoldaşımla heç bir əmək müqaviləsi olmayan, təhlükəsizliyinə zəmanət verilməyən ərimin əməyinin istismar olunması haqqında əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət etmişəm. Nazirlik məsələnin araşdırılması haqqında 22 saylı Tovuz Regional Əməık Müfəttişliyinə göstəriş verib. Müfəttişlikdən gələn Elşən adlı müfəttiş mənim anonimliyimi yoxlamadan, yəni ərizəçi ilə görüşmədən birbaşa sahibkarla görüşüb, üstəlik Qazaxdakı “Palıd” restoranında da çörək yeyərək, oradan da ərizəni bağlamaq üçün Tovuza qayıdıb. Yalançı bir arayış da hazırlayaraq nazirliyə ünvanlayıb. Bəs mənim şikayətim harada qaldı? Sonradan məlum oldu ki, bu saxta işlərin başında müfəttişliyin rəis əvəzi Anar Qocayev dayanır. Bəli, bəs nazir Səlim Müslümov dəfələrlə bildirir ki, nazirlik qanunauyğun işləyir. Onda Anar Qocayevin belə hərəkətlərinə nə ad vermək olar? Qoy onda Nazir Səlim Müslümov təsadüfi kadr Anar Qocayev haqqında özü düşünsün!” Bəli, faktlardan yayınmaq qeyri-mümkündür. Belə getsə sahibkarların istehsal müəssisələrində çalışanların əmək müqaviləsi olmadığı üçün başlarına min cür oyunlar gələcəkdir. Turan Əzizoğlu – DİA.AZ Geri qayıt |