Əsas Səhifə > Gündəm, Manşet > Neftçalada başçının qəbuluna düşmək ən qəliz məsələdir...
Neftçalada başçının qəbuluna düşmək ən qəliz məsələdir...18-02-2016, 09:29 |
Neftçala Rayonu Bankə qəsəbə sakini, Qarabağ Müharibəsi veteranı Babayev Abduləli Adbala oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şok müraciət ünvanlayıb. Qarabağ Müharibəsi Veteranı prezidentdən haqqını tapdalayanların, onun və ailəsinin ünvanına nalayiq sözlər yağdıran məmurun cəzalandırılmasını xahiş edib.. Müraciəti olduğu kimi təqdim edirik… Çox hörmətli Prezident! “Sizə məlum edirəm ki, mən Qarabağ müharibəsi veteranıyam. Vətənimizin üstünü qara buludlar alanda bir çox vətən fədailəri kimi mən də silaha sarılaraq erməni qəsbkarlarına qarşı vuruşmuşam. Mən o vaxt bilmirdim ki, vaxt gələcək mənim göstərdiyim xidmətlər əvəzində öz ailəsində qayda-qanun yarada bilməyən, vətən qarşısında heç bir xidməti olmayan, dövlətin qanun-qaydalarını qulaqardına vuran, hansısa İcra məmurunun kölgəsində fırlanan alçaq xislətli bir qadın məni və mənim qızımı camaat qarşısında biabır edəcəkdir. Mən 12 fevral 2016-cı ildə ailəmin çətin maddi vəziyyəti ilə əlaqədar Neftçala rayon İcra başçısı İ.Vəliyevin qəbuluna qızım Səbinə ilə bərabər yazılmışdım. Biz səhər saat 9:00-dan saat 13:00-dək gözləsək də İcra başçısı qəbula gəlmədi. Mən soruşduqda ki, icra başçısı bizi niyə qəbul etmir? Orda olan İcra başçısının Neftçala şəhəri üzrə yeni təyin olunmuş nümayəndəsi Gülqədəm Mirzəzadə qeyzlə mənim qızımın üstünə çığıraraq dedi ki, neyləyirsiniz İcra başçısını? Qızım dedi ki, biz öz dərdimizi ona şəxsən söyləməliyik . O da əvəzində daha da qızışaraq camaat içində əvvəlcə qızımı, sonra da məni təhqir və söyüşlərə məruz qoymaqla Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranış qaydalları haqqında Qanun “una və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunu”na , eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına tüpürərək öz xasiyyət və xislətini biruzə verdi. Ölkənin bu günki durumunda Prezidentdən tutmuş Nazirə qədər xalqla təmasda olduğu halda, ona yüksək etimad göstərilib, məsul vəzifəyə təyin edilməyindən utanmayaraq mənə, Vətən müdafiəçisinə və övladına qarşı edilən bu cür hərəkətə nə ad vermək mümkündür? Mən təhqir olunmuş bir şəxs kimi və bir valideyn kimi tələb edirəm Azərbaycan Respublikasının Qanunlarına hörmətsizlik edən bu qadın tutduğu vəzifəyə layiq olmadığı üçün o kreslonu tərk etsin, təhqir və söyüşə yol verdiyi üçün Qanun qarşısında cavab versin”. P.S Redaksiyaya daxil olan müraciətlə bağlı Bizimxeber.az-ın əməkdaşı qısa bir araşdırma aparıb. Bəlli olub ki, İcra başçısının Neftçala şəhəri üzrə yeni nümayəndəsi Gülqədəm Mirzəzadə bu posta təyin olunan gündən rüşvət yıqmaqla məşguldur… Tək müharibə veteranı ilə deyil bütün insanlarla kobud rəftarda bulunan bu qadın yaranmış problemlərin həlli üçün açıq-aşkar pul tələb edir… Bu isə rayon sakinlərinin haqlı narazılığı ilə qarşılanır. Həmçinin ilkin araşdırmalarımız zamanı bəlli olub ki, üzun muddət Gülqədəm Mirzəzadə Xıllı qəsəbə nümayəndəsi işləyib və qəsəbədə “rüşvət anası” adı ilə tanınıb. Daha bir məlumata görə isə, icra nümayəndəsinin ali təhsili yoxdur… Əgər yoxdursa o zaman onu hansı əsasla rayon icra nümayəndəsi təyin ediblər? Konkret bu fakt ətrafında araşdırmalarımızı davam etdiririk… Geri qayıt |