Əsas Səhifə > Gündəm, Manşet > Akim Bədəlov necə narazılıq yaradır?
Akim Bədəlov necə narazılıq yaradır?16-02-2016, 08:48 |
Heydər Əliyev prospektində tikilən Milli Sağlamlıq Mərkəzi 2015-ci ildə təhvil verilməli olsa da, ölkənin ən iri tibb ocağının inşası hələ başa çatdırılmayıb. İstiqlal.az-a daxil olan məlumata görə, bunun səbəbi maliyyə çatışmazlığıdır. Məlumatda deyilir ki, layihənin icraçısı "Xəzər" şirkətidir. Bu şirkət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlova məxsudur. Qeyd edək ki, "Xəzər"in yaradıcısı mərhum akademik Tofiq İsmayılov olub. Akademik vertolyot faciəsində dünyasını dəyişəndən sonra Akim Bədəlov sənədləri saxtalaşdıraraq "Xəzər"i ələ keçirib. Hazırda Tofiq İsmayılovun ailəsi ilə Akim Bədəlov arasında "Xəzər" uğrunda mübarizə gedir. Tofiq İsmayılovum xanımı Lalə İsmayılova bir neçə dəfə məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib. Milli Sağlamlıq Mərkəzinə gəlincə, iddialara görə, layihəyə ayrılan maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsi qaranlıq məqsədlərə xərclənib. Bu baxımdan layihəni başa çatdırmaq mümkün olmayıb. Bildirilir ki, hətta işçilərə belə əmək haqqı verilmir. Bu da ciddi narazılığa səbəb olub. Məlumatlara görə, işçilər yaxın vaxtlarda prezidentə müraciət etməyə hazırlaşırlar. Onu da qeyd edək ki, az əvvəl Akim Bədəlovun adı "MTN işi"ndə hallandılırdı. Geri qayıt |